“Ermənilər Şurnuxuda elə bil it damında yaşayıblar” – İlham Əliyev

“Ermənilər Şurnuxuda elə bil it damında yaşayıblar” – İlham Əliyev

Hazırda oxunan: “Ermənilər Şurnuxuda elə bil it damında yaşayıblar” – İlham Əliyev

7684

“Ermənilər nə qədər çalışsalar da, orada məskunlaşma apara bilməmişlər. Çünki onların canlı resursları yoxdur. Bir də azad edilmiş torpaqlarda ki, ermənilər yaşayıb, mən orada olmuşam. Onlar elə gündə yaşayıblar ki, adam baxanda vallah dəhşətə gəlir”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə səsləndirib.

“Məşhur Şurnuxu kəndi var ki, ermənilər bizim torpaqlarımızda yaşayıblar, indi onlar oradan çıxarılıbdır. Dünən Sərhəd Xidmətinin rəisi mənə məlumat verib, dəhşətli bir mənzərədir. Elə bil it damıdır. Deyirəm ki, çəkin bunu. İndi jurnalistlərə göndərilib. Çəkin göstərin, qoy görsünlər bunlar nə gündə yaşayıblar. Çünki resurs olmayıb, istək olmayıb, canlı resurs olmayıb".

"Bir də ki, onlar heç vaxt bu torpaqları öz torpaqları kimi qəbul etməyiblər. Əks-təqdirdə, - onların ən çox yaşadıqları Şuşa şəhəri olubdur, - Şuşa şəhəri belə acınacaqlı vəziyyətdə olmazdı. Əgər onlar tarixi saxtalaşdıraraq Şuşa şəhərini bütün dünyaya erməni şəhəri kimi təqdim etməyə çalışıblarsa, heç olmasa, oraya əl gəzdirərdilər. O separatçı qurumun rəhbərləri özləri üçün imarətlər tikiblər. Erməni oliqarxlar imarətlər tikiblər. Amma onlardan başqa bir dənə də müasir tikinti yoxdur. Bizim tarixi-memarlıq abidələrimizi dağıdıblar".

"Ona görə bu məsələ ilə bağlı və digər məsələlərlə bağlı qaydalar, o cümlədən şəhərsalma qaydaları elə aparılmalıdır ki, bərpa olunacaq şəhərlərin dəqiq say tərkibi müəyyən edilsin. Biz özümüz hədəf qoymalıyıq, hansı şəhəri hansı formada görmək istəyirik. Əlbəttə ki, işlər əsaslı getməlidir. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir”,- deyə Azərbaycan lideri qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO