"2020-ci ilin fevral ayında ölkəmizdə parlament seçkiləri keçirilmişdir. Parlament seçkiləri demokratiya istiqamətində atılmış növbəti ciddi addım idi".
Bizim.Media-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr edilən müşavirədə söyləyib.
Dövlət başçısının sözlərinə görə, parlamentin rəhbər orqanları yenilənib, rəhbərliyə yeni insanlar gəlib:
"İlk dəfə olaraq parlamentin sədr müavini müxalifət partiyasının nümayəndəsi seçildi. Eyni zamanda, ilk dəfə olaraq parlament komitələrinin sədr və müavin vəzifələrinə müxalifət nümayəndələri seçildilər. Bu, yeni siyasi mədəniyyətin təzahürüdür. Bu, bütün siyasi qüvvələr arasındakı əməkdaşlığa yönəlmiş ciddi bir addımdır. Əlbəttə ki, ölkəmizin demokratik inkişafı baxımından bunun çox böyük əhəmiyyəti var".
İlham Əliyev bildirb ki, bunlar siyasi sistemimizin gücləndirilməsi istiqamətində çox önəmli addım sayılmalıdır. Prezident iqtidarla partiyaların dialoquna da toxunub:
"Deyə bilərəm ki, hazırda bu dialoqda bütün siyasi qüvvələr iştirak edir. İştirak etməyənlərə siyasi qüvvə deyə bilmərəm. Çünki iştirak etməyən dəstə xain, satqın ünsürlərdən ibarətdir",-deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:15 / 07.01.2021
İlham Əliyev - "Rəhbərliyə yeni insanlar gəlib"
Hazırda oxunan: İlham Əliyev - "Rəhbərliyə yeni insanlar gəlib"
Hazırda oxunan: İlham Əliyev - "Rəhbərliyə yeni insanlar gəlib"
7683
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.