“Azərbaycanda qürurverici bir gün keçirdik” - Ərdoğan

“Azərbaycanda qürurverici bir gün keçirdik” - Ərdoğan

Hazırda oxunan: “Azərbaycanda qürurverici bir gün keçirdik” - Ərdoğan

76724

Azərbaycanda qürurverici bir gün keçirdik, Azərbaycanlı gənclərimizin həyəcanı, həvəsi, orada gördüyümüz mənzərə bizi çox sevindirdi.

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycana səfərinin yekunları ilə bağlı danışarkən deyib.

"Bir millət, iki dövlət şüarı ilə Bakıda yeni “tək festival" ənənəsinə başlamaq bizi həyəcanlandırdı. Görürəm ki, buna indi digər türk dövlətlərindən də oxşar çağırış gələcək.

Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilən "TEKNOFEST"in təqdim etdiyi texnologiya ziyafətinin bütün iştirakçıların könlünü fəth etdiyini gördük. Gələcəyimizin təminatı olan gənclərimizin festivala olan böyük marağı bizi xüsusilə sevindirdi. Professor Doktor Aziz Sancarın da proqrama qatılması "TEKNOFEST"ə fərqli rəng qatdı", - deyə R.T.Ərdoğan bildirib.

Qeyd edək ki, "Teknofest" mayın 26-29-da Azərbaycanda keçirilir.

Bakıda “Teknofest” festivalı Türkiyənin Sənaye və Texnologiyalar Nazirliyi, Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) təşkilatçılığı, Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərəfdaşlığı ilə keçirilir.

Eyni zamanda Bakıda “Teknofest” in "prodakşn" ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı mütəxəssislərdən ibarətdir.

“Teknofest” tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və Selçuk Bayraktarın rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO