Prezidentin Zəngilandan MESAJLARI – “Ermənistan tarixi məğlubiyyətə məhkum edilib”

Prezidentin Zəngilandan MESAJLARI – “Ermənistan tarixi məğlubiyyətə məhkum edilib”

Hazırda oxunan: Prezidentin Zəngilandan MESAJLARI – “Ermənistan tarixi məğlubiyyətə məhkum edilib”

76575

“May ayının 27-də Zəngilana səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən böyük quruculuq işlərindən danışaraq Ağalı kəndində, “Ağıllı kənd” layihəsinin açılışında bir sıra mühüm məsələlərə kompleks şəkildə toxundu”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Hikmət Babaoğlu səsləndirib.  

Deputat bildirib ki, dövlət başçısı hər şeydən öncə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə başlayan müstəqillik günü ilə bağlı fikirlərini bildirərək onu hazırki reallıqlarla əlaqələndirib:  

“Prezident qeyd etdi ki, əsl müstəqillik odur ki, məhz müstəqil siyasət apara biləsən. Azərbaycan isə özünün əsl müstəqilliyinə yalnız xalqın istəyi ilə böyük dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qovuşdu. Doğurdan da, əldə etdiyimiz tarixi zəfərin qiymətləndirilməsi zamanı keçdiyimiz yola baxarkən bir daha qəti əmin oluruq ki, bu tarixi zəfərə yalnız müstəqil siyasət həyata keçirməklə nail olmaq mümkün ola bilərdi”.  

Millət vəkili vurğulayıb ki, tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, onlar məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib:  

“1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə, bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə bağlı idi:  

“Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, azad edilmiş torpaqlarımıza böyük qayıdış başlayıb. 10 min kvadrat kilometrdən çox ərazi nəhəng tikinti, yol nəqliyyat və enerji kommunikasiyası meydançasına çevirilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib. Qərbi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub. Şuşa regionun və türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevirilməkdədir. Bütün azad edilmiş şəhər və rayonlarımıza yollar çəkilir”.  

H.Babaoğlunun sözlərinə görə, Ermənistan mövcud olduğu tarixdən bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum edilib:  

“Ermənistan Azərbaycana qarşı ən müxtəlif iddialarından geri çəkilməyə məcbur edilib. Bütün bunların isə hərbi-siyasi və diplomatik memarı müzəffər ali baş komandanımız İlham Əliyevdir. Zəngilandan verilən mesajlar da məhz yaradılmış bu reallığın verdiyi imkanlara söykənərək verilirdi. Tarixi həqiqətə, beynəlxalq hüquqa və nəhayət ədalətə istinad edilərək verilirdi”.  

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO