"Türkiyə ilə Azərbaycan arasında hərbi təlimlər davam edəcək".
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun sədrliyi ilə nümayəndə heyətləri arasında keçirilən görüşdə deyib.
Azərbaycan Silahlı Qüvvələrinin işğal altında olan torpaqları azad etdiyi "Bir Vətən əməliyyatı" ilə iki ölkə arasındakı dostluq və qardaşlığın daim möhkəmləndiyini ifadə edən nazir Akar "iki dövlət, bir millət" anlayışı ilə hərəkət etməyə davam etdiklərini bildirib.
Türkiyənin Azərbaycana dəstəyinin keçmişdə olduğu kimi bundan sonra da artacağını bildirən Akar hərbi təlimlərin də davam edəcəyini bildirib.
Milli müdafiə naziri Akar əlavə edib ki, Qarabağ zəfəri Qafqazın tarixində çox mühüm yer tutur.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
23:19 / 27.05.2022
Hulusi Akar: "Türkiyə-Azərbaycan arasında hərbi təlimlər davam edəcək"
Hazırda oxunan: Hulusi Akar: "Türkiyə-Azərbaycan arasında hərbi təlimlər davam edəcək"
Hazırda oxunan: Hulusi Akar: "Türkiyə-Azərbaycan arasında hərbi təlimlər davam edəcək"
76538
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.