“Zəngilana, Şuşaya həyat qayıdır” - İlham Əliyev 

“Zəngilana, Şuşaya həyat qayıdır” - İlham Əliyev 

Hazırda oxunan: “Zəngilana, Şuşaya həyat qayıdır” - İlham Əliyev 

76493

“Biz bundan sonra müzəffər xalq kimi yaşayacağıq”.  

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Zəngilan rayonunun Ağalı kəndində sakinlərlə görüşdəki çıxışında deyib.   

Prezident bildirib ki, biz 44 gün ərzində həm ərazi bütövlüyümüzü bərpa etdik, həm ədaləti bərpa etdik, həm milli ləyaqətimizi bərpa etdik.  

“Bu gün, bax, bu gözəl Zəngilan torpağında həyat qururuq. Bax, həyat qayıdır - Zəngilana, başqa yerlərə, Şuşaya. Yaxşı bilirsiniz ki, bu bölgənin inkişafı üçün nə qədər böyük işlər görülür. İndi yol boyunca gələn hər bir adam dəmir yolunu görür, avtomobil yolunu görür. Özü də altı və dörd zolaqlı avtomobil yolu. Zəngilanda hava limanı tikilir, bu il istifadəyə veriləcək. Artıq böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək” – deyə dövlət başçısı bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO