Ceyhun Bayramov TDT Baş katibi ilə görüşdü

Ceyhun Bayramov TDT Baş katibi ilə görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov TDT Baş katibi ilə görüşdü

76299

Bu gün xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Bağdad Amreyev ilə görüşüb. 

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı Türk Dövlətləri Təşkilatı tərəfindən müxtəlif istiqamətlər üzrə həyata keçirilən fəaliyyət, habelə Azərbaycanın təşkilatın işində fəal iştirakı məsələləri ətrafında fikir mübadiləsi aparılıb. 

Baş katib Bağdad Amreyev Şuşa şəhərinin 2023-cü ildə Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edildiyini xatırladaraq, bununla əlaqədar Şuşada bir sıra mədəniyyət tədbirlərinin keçiriləcəyini bildirib.  
Görüşdə, həmçinin Təşkilat tərəfindən növbəti aylarda keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO