"Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında imzalanan birgə əməkdaşlığa dair protokola uyğun olaraq Türkiyədəki texnoparkların bənzərini Azərbaycanda qurmaq niyyətindəyik".
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
Söhbət startapçılar üçün yaradılacaq məkandan gedir ki, onlar burada öz layihələrini inkişaf etdirə biləcəklər.
"Bununla yanaşı KOB-larla bir anlaşmamız olacaq. Təbii ki, bir nazirlik olaraq biz iki ölkə arasındakı iqtisadiyyatı möhkəmləndirərək 4-ə yaxın sənəd imzalayacağıq",- deyə nazir qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
13:08 / 26.05.2022
“Türkiyədəki texnoparkların bənzərini Azərbaycanda quracağıq” - Nazir
Hazırda oxunan: “Türkiyədəki texnoparkların bənzərini Azərbaycanda quracağıq” - Nazir
Hazırda oxunan: “Türkiyədəki texnoparkların bənzərini Azərbaycanda quracağıq” - Nazir
76287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.