Bu ölkə rəhbərləri Azərbaycan Prezidentini təbrik etdi

Bu ölkə rəhbərləri Azərbaycan Prezidentini təbrik etdi

Hazırda oxunan: Bu ölkə rəhbərləri Azərbaycan Prezidentini təbrik etdi

76264

Niderland Kralı Villem-Aleksandr Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə 

Zati-aliləri. 

Ölkənizin milli bayramının – Müstəqillik Gününün yaratdığı bu xoş fürsətdən istifadə edərək, Sizə təbriklərimi və Azərbaycan xalqının firavan gələcəyinə dair ən xoş arzularımı çatdırıram”. 

XXX 

O cümlədən Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Təbrikdə deyilir: 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və bütün qardaş Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Bu illər ərzində Azərbaycan Respublikası siyasi, ticari-iqtisadi, mədəni-humanitar sahələrdə, xalqın rifahının yaxşılaşdırılmasında və beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəldilməsində sanballı uğurlar qazanıb. 

Əminik ki, Türkmənistan ilə Azərbaycan Respublikası arasında mehriban qonşuluq, dostluq və qarşılıqlı anlaşma prinsiplərinə söykənən qardaşlıq münasibətləri xalqlarımızın işıqlı gələcəyi naminə bundan sonra da dinamik inkişaf edəcəkdir. Fərəhlə qeyd etməliyik ki, son illər ərzində ölkələrimiz arasında səmərəli, qarşılıqlı faydalı əməkdaşlıq keyfiyyətcə yeni səviyyəyə yüksəlib. 

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm". 

XXX 

İsveçin Kralı XVI Karl Qustav da Prezident İlham Əliyevə təbrik ünvanlayıb. 

Təbrik məktubunda deyilir: 

“Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqına isə firavanlıq diləyirəm”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO