Bu ölkələrin prezidentləri İlham Əliyevi təbrik etdi

Bu ölkələrin prezidentləri İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: Bu ölkələrin prezidentləri İlham Əliyevi təbrik etdi

76137

Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbundan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. 

Məktubda deyilir: 

"Zati-aliləri, əziz qardaşım. 

Qardaş Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Uca Tanrıdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına isə Sizin müdrik rəhbərliyinizlə təhlükəsizlik və sabitlik yolunda daha böyük tərəqqi və firavanlıq diləyirəm. 

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan möhkəm dostluq və həmrəylik tellərindən məmnunluğumu ifadə edir, müxtəlif sahələrdə əməkdaşlığımızı dəstəkləməyə, qarşılıqlı maraqlarımıza xidmət edən əlaqələrimizi qardaş xalqlarımızın mənafeyi naminə inkişaf etdirməyə hazır olduğumu bildirirəm. 

Həmçinin ümumi maraqlar, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirə biləcək digər məsələlərlə bağlı məsləhətləşmələrimizi beynəlxalq platformalarda, o cümlədən hazırda sədrliyini layiqincə yerinə yetirdiyiniz Qoşulmama Hərəkatında davam etdirməyə hazır olduğumu bir daha vurğulamaq istəyirəm. 
Zati-aliləri cənab Prezident, əziz qardaşım, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm". 

XXX 

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbasdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. 

Məktubda deyilir: 

"Hörmətli cənab Prezident. 

Milli bayramınız - Müstəqillik Günü münasibətilə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan Sizə, Sizin şəxsinizdə hökumətinizə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. 
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar diləyir, Azərbaycana və onun xalqına daha böyük tərəqqi, həmrəylik və qarşılıqlı hörmətə əsaslanan ikitərəfli əlaqələrimizin inkişaf etməsini arzulayıram. 

Xahiş edirəm, ən xoş arzularımı qəbul edin". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO