Bu ölkələrin rəhbərləri İlham Əliyevi təbrik etdi

Bu ölkələrin rəhbərləri İlham Əliyevi təbrik etdi

Hazırda oxunan: Bu ölkələrin rəhbərləri İlham Əliyevi təbrik etdi

75943

Çexiya Respublikasının lideri Miloş Zeman Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

“Hörmətli cənab Prezident. 

Ölkənizin milli bayramı - 28 May – Müstəqillik Günü münasibətilə Sizi və Azərbaycan xalqını Slovakiya xalqı adından və öz adımdan səmimi-qəlbdən təbrik edirəm. 

Hazırda dünya bir çox problemlərlə - davam edən pandemiyanın təsirləri, iqlim dəyişikliklərinin fəsadları, müxtəlif hibrid təhdidlər, eləcə də azadlıq, bərabərlik, demokratiya və qanunun aliliyi kimi ümumbəşəri dəyərlərə təhlükə yaradan bir sıra münaqişələrlə üz-üzədir. 

Başa çatmaqda olan pandemiya və iqlim dəyişikliklərinin artan təzahürü ilə yanaşı, dünya beynəlxalq təhlükəsizlik arxitekturasının əsaslı şəkildə dəyişdirilməsi nəticəsində çətin vəziyyətlə üzləşir. Rusiya ilə yaxın qonşumuz olan Ukrayna arasında hərbi münaqişə bütövlükdə beynəlxalq ictimaiyyətə kəskin təsir göstərib. Münaqişə nəticəsində qaçqın düşən milyonlarla insan, çox sayda qurbanlar və böyük maddi itkilər hazırda Avropada təsəvvürə gətirə bilməyəcəyimiz mənzərələr yaradır. Bu çağırışların cavabı beynəlxalq həmrəyliklə yanaşı, həm də çoxtərəflilik dəyərlərinə qayıtmaq və beynəlxalq hüququn prinsiplərinə riayət etməkdir. 

Hörmətli cənab Prezident, inanıram ki, əməkdaşlığımız ölkələrimizin xalqlarının mənafeləri naminə müxtəlif sahələrdə daha da inkişaf edəcəkdir. 

Sizə və ölkənizin bütün vətəndaşlarına sülh, sabitlik, firavanlıq və demokratik inkişafın davam etməsini arzulayıram”. 

XXX 

Portuqaliya Respublikasının Prezidenti Marselo Rebelo de Souza Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Cənab Prezident. 

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə təbriklərimi çatdırıram. Sizə möhkəm cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu edirəm". 

XXX 

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. 

Bizim.Media xəbər verir ki, məktubda deyilir: 

"Hörmətli cənab Prezident. 

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə və dost xalqınıza ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. 

Bu xoş fürsətdən istifadə edərək, ölkələrimizi bir-birinə bağlayan çoxillik əlaqələri yüksək qiymətləndirir, qarşıdakı illərdə də dost xalqlarımızın ümumi mənafeyi naminə ikitərəfli münasibətlərimizin daha da möhkəmləndirilməsində maraqlı olduğumu vurğulamaq istəyirəm. Zati-aliləri, Sizə ən xoş arzularımı çatdırır, dost Azərbaycan xalqına isə daha xoşbəxt və firavan gələcək diləyirəm". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO