Şarl Mişelin Brüssel görüşündəki canfəşanlığının SƏBƏBLƏRİ – Qərb nəyi hədəfləyib?

Şarl Mişelin Brüssel görüşündəki canfəşanlığının SƏBƏBLƏRİ – Qərb nəyi hədəfləyib?

Hazırda oxunan: Şarl Mişelin Brüssel görüşündəki canfəşanlığının SƏBƏBLƏRİ – Qərb nəyi hədəfləyib?

75901

Azərbaycan Avropa ilə Asiya arasında iqtisadi cəhətdən ən sərfəli kommunikasiya dəhlizidir. Ukrayna-Rusiya münaqişəsi başlayandan sonra isə Avropa İttifaqı üçün bu həm də siyasi əhəmiyyət kəsb etməyə başladı.

Azərbaycan və Ermənistan rəhbərlərinin üçüncü Brüssel görüşündən sonrakı hərəkətlənmə bir daha sübut etdi ki, Qərb üçün Azərbaycan daha etibarlı tərəfdaş və vazkeçilməz iqtisadi xabdır. 

ABŞ və Aİ-nin indi əsas məqsədi öz iqtisadi təhlükəsizliyinə təminat yaratmaq və bu işi kimlərinsə siyasi həvəslərindən asılı saxlamamaqdır. Ona görə də bu zəngirin içində Ermənistanın sülh müqaviləsinə doğru sürətlə yürüməsinə böyük ehtiyac var və bu qaçılmazdır. Yəni, artıq bu rəsmi İrəvanın iradəsindən asılı deyil, amma Paşinyanın şəxsi iradəsi vacib rol oynayaca bilər. 

Çünki bütün sövdələşmələrin fonunda Zəngəzur dəhlizi Qərbin qırmızı xəttidir. Bu dəhliz tezliklə öz töhfəsini dünya iqtisadiyyatına təslim etməlidir.

Məqsəd isə Azərbaycan üzərindən keçən kommunikasiya xəttlərinin yükünün artırılmasıdır. Ona görə də Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin ən qısa zamanda bağlanması və Zəngəzur dəhlizin açılması üçün  bütün səylərini ortaya qoydu.
 

MÖVZU İLƏ BAĞLI:

Avropa İttifaqının Qarabağ PLANI – PƏRDƏARXASI məqamlar


Bəs Aİ-nin bu məsələdə hədəfləri nədir?

1. Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını minumuma endirmək.

2. Rusiyanın iqtisadi blokadasını bir qədər də gücləndirmək.

3. Aİ-nin Rusiyadan olan enerji asılılığını azaltmaq.

4. Ermənistanla Azərbaycan arasındakı münaqişənin həllində pay sahibi olmaq.

5. Orta Asiyadakı enerji resurslarının Avropaya rahat çıxışını təmin etmək.

Məlum olduğu kimi hazırda Aİ-ni mavi yanacağa olan ehtiyaclarının 50 faizi Rusiya qazı hesabına ödənilir.

Bu asılılıq isə ABŞ və Avropanın əl qolunu bağlayır. Üstəlik, Qərblə Şərq arasında ən böyük tranzit daşımaları Rusiya üzərindən keçir. Bu da Avropa üçün əlavə problemdir. 

Zəngəzur dəhlizi Qərbin Orta Asiyaya ən rahat çıxış yoludur.
 

Orta Asiyadakı zəngin karbohidrogen ehtiyatlardan faktiki olaraq Aİ lazımınca faydalana bilmir. Məlum olduğu kimi Qazaxstandakı, Tükrkmənistandakı və bölgənin digər ölkələrindəki təbii qazın birbaşa Avropa bazarına çıxışı yoxdur. Mövcud tranzit yollarının əsas hissəsi Rusiyanın əlindədir.


Ona görə də Aİ və ABŞ çalışır ki, Zəngəzur dəhlizi ən qısa zamanda istifadəyə verilsin. 
Göründüyü kimi, Brüssel görüşünün nəticələri dünya iqtisadiyyatı üçün çox vacibdir. Bu da Azərbaycana siyasi və iqtisadi baxımdan əlavə dvidentlər qazandırır. Yəni, Zəngəzur dəhlizi günün tələbidir, dünya iqtisadiyyatını birləşdirən yol bu ərazidən hökmən keçəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO