7 İctimai Şurada təmsil olunan Əliməmməd Nuriyevdən onu ittiham edən Əli Orucova CAVAB – QALMAQAL 

7 İctimai Şurada təmsil olunan Əliməmməd Nuriyevdən onu ittiham edən Əli Orucova CAVAB – QALMAQAL 

Hazırda oxunan: 7 İctimai Şurada təmsil olunan Əliməmməd Nuriyevdən onu ittiham edən Əli Orucova CAVAB – QALMAQAL 

75791

Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov  tanınmış ictimai xadim, Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevi 7 dövlət qurumunun İctimai Şurasında təmsil olunduğuna görə tənqid edib.

Sosial şəbəkədə məsələni gündəmə gətirən Əli Orucov Əliməmməd bu qədər vəzifə öhdəliyinə görə Əliməmməd Nuriyevi ittiham edib:

“Biri Əliməmməd Nuriyevə desin, “bəlkə bir az yavaşlayaq?!” Bu qədər biyabırçılığa nə ehtiyac var? Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü - Əliməmməd Nuriyev,  Daxili İşlər Nazirliyi yanında İctimai Şuranın sədri (və üzvü) - Əliməmməd Nuriyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvü - Əliməmməd Nuriyev, İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü - Əliməmməd Nuriyev, Bakı Nəqliyyat Agentliyi yanında İctimai Şuranın üzvü və sədri - Əliməmməd Nuriyev, Ədliyyə Nazirliyi yanında İctimai Komitə (İctimai Şura) üzvü - Əliməmməd Nuriyev və ASAN Xidmət yanında İctimai Şuranın üzvü də Əliməmməd Nuriyevdir.

Tamam belə zənn edək ki, siz çox keyfiyyətli və səviyyəli insansınız deyə sizi “seçirlər”. Bəs sizin insafınıza nə gəlib? Ölkə rəhbərliyi şəffaflıq, ictimai nəzarət deyəndə məgər bütün ictimai şuralarda Əliməmməd Nuriyevin iştirakınımı nəzərdə tutub? Bu olanlara nə ad vermək olar? Sadəcə biyabırçılıq...”, deyə partiya funksioneri qeyd edib.
Sosial şəbəkələrdə ciddi tənqid olunan Əlimımməd Nuriyev Bizim.Media-ya açıqlamasında  7 dövlət qurumunun İctimai Şurasında təmsil olunması məsələsinə münasibət bildirib.

Onu ittiham edənlərə sərt reaksiya verən Əliməmməd Nuriyev bu məsəlınin seçkili qaydada keçirildiyinə işarə edib:

“Kim məni ittiham edə bilər? Öncə onu deyim ki, istənilən qurumun İctimai Şurasına seçki yolu ilə seçilmişəm. İkincisi, bu yalnış informasiyadır. Bakı Nəqliyyat Agentliyinin idarəetməsi dəyişdirildiyi üçün orada bu gün hər hansı İctimai Şura fəaliyyət göstərmir. Bəli Ədliyyə Nazirliyinin yanında İctimai Şuranın üzvüyəm, Daxili İşlər Nazirliyinin İctimai Şurasının sədriyəm, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın üzvüyəm. Eləcə də İqtisadiyyat Nazirliyi yanında İctimai Şuranın üzvü kimi fəaliyyət göstərirəm. Bunun nəyi maraqlıdır? Narahat olanların rəqabət aparmaq imkanları varsa, buyursunlar və azad seçkilərdə seçilə bilirlərsə, seçilsinlər. Seçilməyimlə bağlı kiminsə şübhəsi varsa, gəlib faktları ortaya qoysun”. 

Əliməmməd Nuriyevin sözlərinə görə bütün İctimai Şuralarda məvacibsiz çalışır:

“Bu işə bütün enerjini verirsən, pulsuz-parasız əlavə zəhmət və yükdür. Üstəlik bu vəzifəyə təyinat seçki yolu ilə həyata keçirilir. Hamının bərabər seçilmə imkanları var. Buyursunlar, seçilsinlər. Ədalətli və şəffaf seçki yolu ilə də bu və ya digər İctimai Şuralarda təmsil olunuram.
Hansı sahə mənə uyğun və yaxındırsa, namizədliyimi verib, ən yüksək səs toplayıb, seçilmişəm. 1994-cü ildən bəri vətəndaş sektorunda çalışıram. 30 ilə yaxındır ki, vətəndaş cəmiyyəti ilə bağlı çoxsaylı qanun layihələrinin şəxsən müəllifiyəm. Bir çoxları başqa məqsədlərlə İctimai Şuralara gəlir. Amma mən ictimai iştirakçılıq layihəsinin müəllifi kimi bu qurumlarda çalışıram”, - deyə müsahibimiz əlavə edib.

Xatırladaq ki, Əliməmməd Nuriyev həm də hazırda Konstitusiya Araşdırmaları Fondunun rəhbərii, Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Prezident Yanında Əfv Məsələləri Komissiyasının üzvü dür.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO