Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi: “Ermənilər törətdikləri cinayətlərə görə cavab verəcəklər”

Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi: “Ermənilər törətdikləri cinayətlərə görə cavab verəcəklər”

Hazırda oxunan: Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi: “Ermənilər törətdikləri cinayətlərə görə cavab verəcəklər”

75734

“Gəncədə gördüklərimiz bizi dəhşətə gətirdi. Burada gecə yatdıqları zaman dinc əhalimi raket zərbələri ilə qətlə yetirmək insanlığa zidd bir əməldir. Bu bütün beynəlxalq normalara ziddir. Ümidvarıq ki, bu cinayətləri törədənlər beynəlxalq məhkəmələr qarşısında cavab verəcəklər".

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, bu açıqlamanı Gəncədə ermənilərin raket zərbələrindən dağıdılmış əraziləri ziyarət etməyə gələn Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Ramin İgidov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

“Erməni vəhşiliklərindən dəhşətə gəldik” - Gürcüstan müsəlman din xadimləri - FOTO


O bildirib ki, artıq neçə gündür Azərbaycanda Ağdamda, Fizulidə, Şuşada olublar.

Həm Qarabağda, həm də Gəncədə gördüklərinin həm qürür və sevinc, həm də kədərli olduğunu söyləyən Şeyx tarixi dədə-baba yurdlarımızın ermənilər tərəfindən dağıdılmasından, orada minlərlə insanın şəhid olmasından çox üzüldüklərini dilə gətirib:

“Qarabağda erməni vandallarının dini məbədlər, tarixi abidələr, hətta qəbristanlıqlarda məzarlıqlara qarşı törətdikləri əməllərin bir adı var – vandalizm. Gəncədə isə tam başqa bir vəhşiliyin şahidi olduq.
Döyüş bölgəsindən çox uzalda dinc əhalini ən dağıdıcı raket və bombalarla zərbələrə məruz qoymaq, uşaq, qoca, cavan, sıravi vətəndaşları öldürmək, onlara xəsarətlər yetirmək, ev-eşiklərini xarabazara çevirmək əsl insaniyyətə qarşı cinayətdir” - deyə Hacı Ramin İgidov əlavə edib.

Məqsəd Rəhimov, Bizim. Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO