Cinayət Məcəlləsində DƏYİŞİKLİK EDİLDİ - Prezident TƏSDİQLƏDİ

Cinayət Məcəlləsində DƏYİŞİKLİK EDİLDİ - Prezident TƏSDİQLƏDİ

Hazırda oxunan: Cinayət Məcəlləsində DƏYİŞİKLİK EDİLDİ - Prezident TƏSDİQLƏDİ

75255

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Bizim.Media xəbər verir ki, sözügedən qərarda Cinayət Məcəlləsinin 208.1-ci maddəsində “Təşkilat rəhbərləri tərəfindən xarici” sözləri “Xarici” sözü ilə əvəz edildiyi bildirilib.

Qeyd edək ki, daha əvvəl maddədə təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama hallarında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə nəzərdə tutulmuşdu.

Qanuna dəyişiklik nəticəsində xarici valyuta vəsaitlərini xaricdən qaytarmama hallarında məsuliyyət təkcə təşkilat rəhbərlərini əhatə etməyəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO