İlham Əliyevin Litva prezidenti ilə görüşdə verdiyi 8 MÜHÜM MESAJ

İlham Əliyevin Litva prezidenti ilə görüşdə verdiyi 8 MÜHÜM MESAJ

Hazırda oxunan: İlham Əliyevin Litva prezidenti ilə görüşdə verdiyi 8 MÜHÜM MESAJ

75190

Avropanın bir parçası olan Azərbaycan son illər təkcə Qərbə inteqrasiya olunmur, həm də Avropa ailəsinin vacib halqasına çevrilir. 

Litva Respublikasının Prezidenti Gitanas Nausedasın ölkəmizə səfəri və keçirilən görüşlərdə səsləndirilən fikirlər bir daha sübut etdi ki, Azərbaycan Avropa üçün vacib və strateji tərafdaş olmaqla yanaşı həmdə nadir tolerantlıq nümunəsidir.

Bundan əlavə həmin görüşlərdə Azərbaycan Prezidenti İlham Əliyev təkcə Avropa üçün deyil, sivilizasiya üçün vacib mesajlar verdi. Bunlar hansılardır?

1. Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəyir. Ermənistan- Azərbaycan Dağlıq Qarabağ problemi həll olunsa da Gürcüstan hələ də separatizmidən əziyyət çəkir. Bu da bir qonşu kimi Azərbaycanı çox narahat edir. 
 

MÖVZU İLƏ BAĞLI:

"Sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi olsun" - İlham Əliyevdən Cənubi Qafqaz açıqlaması


2. Qarabağ problemi həll olunsa da Ermənistanla Azərbaycan arasında dayanıqlı sülh sazişi imzalanmayıb. Bunun da tək günahkarı Ermənistan hakimiyyətidir.

3. Ermənistan hər vasitə məsələni uzatmağa çalışır. Razılaşdırılmış təkliflərin icrasını yubadır.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "Ermənistan hökumətinin  qəribə addımları etimadı pozur"


4. Beynəlxalq təşkilatların və böyük dövlətlərin ayrı-ayrı məsələlərə ikili yanaşması Azərbaycanda ciddi narahatlıq doğurur.

5. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Bu, üzv dövlətlərin üçdə biridir. Bu, onu göstərir ki, Avropa İttifaqı üçün Azərbaycan vazkeçilməz tərəfdaşdır.

6. Azərbaycan Avropanın enerji təhlükəsizliyində xüsusi rola malikdir. Yaxın illərdə Azərbaycan Avropa üçün həm də tranzit qaz ölkəsi olacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

"Avropa İttifaqı ilə yeni sazişlə bağlı danışıqların son mərhələsindəyik" - İLHAM ƏLİYEV


7. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən  Azərbaycan ən əlverişli tranzit ölkəsidir. 

8. Yaxın gələcəkdə Azərbaycan Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji mənbəyi də olacaq.

Nəticə olaraq vurğulanır ki, Azərbaycan təkcə iqtisadi cəhətdən qüdrətlənmir, həm də Avarasiyanın ən maraqlı tərəfdaş ölkəsinə çevrilir. Yəni, Azərbaycan hər iki qitənin, Avropa və Asiyanın vazkeçilməz ölkəsidir, regionda söz sahibidir. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO