\

\"Avropa İttifaqı ilə yeni sazişlə bağlı danışıqların son mərhələsindəyik\" - İLHAM ƏLİYEV

Hazırda oxunan: \"Avropa İttifaqı ilə yeni sazişlə bağlı danışıqların son mərhələsindəyik\" - İLHAM ƏLİYEV

75075

"Avropa İttifaqı ilə aparılan əməkdaşlığımız haqqında bir neçə söz deyim. Avropa İttifaqı bizim əsas ticari tərəfdaşımızdır və bu, belə də davam edəcək. Biz yeni sazişlə bağlı Avropa İttifaqı ilə aparılan danışıqların son mərhələsindəyik. Əlbəttə ki, Avropa İttifaqının üzvləri, xüsusən də Litva ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət kəsb edir. Şadam ki, bu əməkdaşlıq çox uğurla inkişaf edir".

Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunun açılış mərasimində çıxış edərkən deyib.

"İkitərəfli ticari və iqtisadi gündəliyimizə gəldikdə, fikrimcə, çox yaxşı haldır ki, iqtisadiyyatlarımız bir-biri ilə rəqabət aparmır. İqtisadiyyatlar Avrasiyanın fərqli hissələrində yerləşir.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev ölkəmizin xarici borcunun HƏCMİNİ AÇIQLADI


Beləliklə, biz birgə səylərimiz və layihələrimizlə, daha çox məlumat verməklə bir növ iş birliyi qura bilərik. Hesab edirəm ki, bu gün keçirilən biznes forumun üstünlüklərindən biri imkanların, biznes mühitinin, qaydaların, vergilərin, sərmayə imkanlarının və digər məsələlərin nümayiş etdirilməsindən ibarətdir. Əminəm ki, hər iki ölkənin biznes nümayəndə heyətləri bu fürsəti əldən verməyəcəklər", - Azərbaycan Prezidenti qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO