“Putinin son açıqlaması üstüörtülü təhdiddir”- Amerikalı ekspert Teodor Karadişdən ÖZƏL AÇIQLAMA

“Putinin son açıqlaması üstüörtülü təhdiddir”- Amerikalı ekspert Teodor Karadişdən ÖZƏL AÇIQLAMA

Hazırda oxunan: “Putinin son açıqlaması üstüörtülü təhdiddir”- Amerikalı ekspert Teodor Karadişdən ÖZƏL AÇIQLAMA

74946

“Putinin İsveç və Finlandiyanın NATO-ya qoşulması ilə bağlı açıqlamaları üstüörtülü təhdiddir və bu havaya atılmış fikirlər deyil”. 

Bunu Bizim.Media-ya özəl açıqlamasında Gulf State Analytics-in (GSA) eksperti Teodor Karadiş söyləyib.

Ekspertin fikrincə, təxminən bir ay əvvəl Putin “Kola” yarımadasında, xüsusən Murmansk ətrafında hərbi infrastrukturun qurulması tələblərindən danışarkən Finlandiya və İsveçin NATO-ya daxil olmasının yalnız yeni qarşıdurmalar yaradaraq Baltikyanı bölgəni  və Arktikanı ön cəbhəyə qoyduğunu söyləyərək əsas niyyətini açıqlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “Finlandiya və İsveçdə hərbi infrastrukturun genişləndirilməsinə cavab veriləcək” – VİDEO 


“Bu mövzuda Putinin düşüncə tərzini başa düşmək çox vacibdir. Rusiyanın nüvə silahı doktrinasında xüsusi olaraq qeyd edilir ki, Rusiya dövləti üçün ekzistensial təhlükə yaranarsa, nüvə-taktiki cavabı veriləcək”. 

Amerikalı ekspert açıqlamasında bildirib ki, Putinin  nüvə təhlükəsi ilə bağlı narahatlıq hələ də sovuşmayıb:

“Putin deyib ki, ruslar cənnətə gedəcək və qalan hər kəs nüvə hadisəsində öləcək. Bu məsihçi tipli düşüncəni NATO böyüdükcə xatırlamaq vacibdir”.

Moskvada KTMT-nin son iclasına da toxunan ekspert bunun baş verməsinin özəl bir səbəbi olduğunu bildirib:

“KTMT iclasının Finlandiya, İsveç məsələsindən bir gün əvvəl keçirilməsi Putin üçün əhəmiyyətli idi. Çox böyük ehtimal ki, üzv ölkələrlə NATO-ya qarşı tədbirlər alınması ilə bağlı müzakirələr aparılıb”.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO