“Avroviziya-2023” Mahnı Müsabiqəsini Mariupolda keçirməkdə Qərbin məqsədi nədir? – ŞƏRH 

“Avroviziya-2023” Mahnı Müsabiqəsini Mariupolda keçirməkdə Qərbin məqsədi nədir? – ŞƏRH 

Hazırda oxunan: “Avroviziya-2023” Mahnı Müsabiqəsini Mariupolda keçirməkdə Qərbin məqsədi nədir? – ŞƏRH 

74810

Ukrayna təcavüzə məruz qalıb. Və görünən müstəvidə Rusiya günahkardır. 

Amma “ələhçinin qıl verəni var” ifadəsi də burada tam yerinə düşür. Müharibənin 80 günü çox fikirləri dəyişsə də bəzi məqamlar öz təsdiqini tapdı.

Bu müharibə Rusiya-Ukrayna müharibəsindən daha çox Rusiya-Qərb müharibəsidir. 

Götürək elə “Avroviziya 2022” mahnı müsabiqəsini. Bu gün bu müsabiqənin yekunları Ukrayna-Rusiya müharibəsindən daha çox müzakirə edilən bir məsələdir. Bu yarışmanın siyasi şou olduğu çoxlarımıza bəllidir. Amma ucuz şou hər zaman ikrah doğurur. Bəllidir ki, hələ aprel ayından etibarən yarışmanın qalibi Ukrayna təmsilçisi olacağı söylənilirdi. Sonda bu söyləntilər öz təsdiqini tapdı.
 

MÖVZU İLƏ BAĞLI:

Zelenski açıqladı: “Eurovision Mariupolda keçiriləcək”


Ukraynanın qalib elan edilməsi ədalətin yox, siyasi təzyiqin nəticəsidir. O müsabiqədə daha yaxşı musiqi nömrələri var idi. Amma Ukrayna birinci oldu. Bununla da Qərb Rusiyaya daha bir qıcıq verdi. Çünki, bu qələbə Volodimir Zelenskinin gödəkcəsinin Londonda 90 min dollara satılmasından bir qədər abırlı şou idi. 

Bəli, müsabiqənin təşkilatçılarının məqsədi yeni xittləri və şlyagerləri üzə çıxarmaq deyil, Rusiyanı bir az da qıcıqlandırmaq və küncə sıxmaq idi. Qərb “Avroviziya” silahını işşə salaraq Rusiyaya daha bir tələ qurmaq taktikasını seçmişdi. Müsabiqənin qalibi Ukrayna oldu, əla, bəs ardınca...

“Avroviziya -2023”-ün Mariupolda keçirilməsi ideyası nəyə hesablanıb?

Ukrayna təmsilçiləri Kiyevə gəlib çatmamış gələn il yarışmanın harada keçiriləcəyi məsələsi ortaya atıldı. Gözlənildiyi kimi Qərb müsabiqənin keçiriləcəyi ünvan kimi münaqişənin hazırkı ən qaynar nöqtəsini göstərdi. Yəni Mariupolu...

Bunun ardınca Ukrayna prezidenti Volodimir Zelenski bəyan etdi ki, “Biz hər şeyi edəcəyik ki, Ukraynanın Mariupol şəhəri Avroviziya iştirakçılarını və qonaqlarını qəbul etsin”.

Cəmi 1 il sonra, 2023-cü ilin mayında yerlə-yeksan edilmiş Mariupolda belə bir miqyasda Mahnı Müsabiqəsinin təşkil edilməsi nə qədər realdır? 

Rusiyanı daha da qıcıqlandırıb onun müharibənin ən dərinlərinə çəkmək kimi bir taktikanı özündə ehtiva edən bu bəyanat təbii ki, heç bir xalqın rifahına və gələcəyinə hesablanmayıb. Bu təkcə rusların heysiyyatıyla deyil, elə ukraynalıların da mənəviyatıyla oynamaqdır. Çünki, hazırda ukrayna xalqı sağ qalmaq uğrunda mücadilə edir. Hər gün onlarla insan həyatını itirir, minlərlə adam yurd-yuvalarından didərgin düşür. Və acınacaqlı vəziyyətdə olan bir xalqın qalib gələcəyi təqdirdə belə günahsız insanların qətliam edildiyi məkanda şənlik qurulması ən azı insanlığa bir ləkədir. Görünən odur ki,..

Qərb Ukraynalıların ölümünə fərman verib
 

Çox təəssüf ki, bu gün Qərb Ukraynada təkcə siyasi şou yox, həm də qladiatorların canlı döyüşünü təşkil edib. Amerikalılar və avropalılar indi isti ocaqlarında, rahat kreslolarında oturub ukraynalıların ölümünü iştahla izləyirlər. 


Hər gün Ukraynaya yüz milyonlarla dollar dəyərində qırğın silahları gətirilir. Bu silahlar isə ancaq Ukrayna ərazisində partladılır. Ölənlərsə yalnız ukraynalılardır. Mariupolda da, Xarkovda da, Donetskidə də, Luqanskidə də başına bomba yağan çarəsiz ukraynalılardır. Bu gün böyük dövlətlərin maraqları ucbatından Avropanın ikinci ən böyük ölkəsi olan Ukrayna məhv edilir, dağıdılır. 

Məqsəd isə aydındır, qarmağın ucunda Ukrayna, şikar isə Rusiyadır. Qərb iki xalqın düşmən olduğunu rəsmən təsdiqlətdikdən sonra onları öz mizanına uyğun şəkildə yemə çevirəcək. “Avroviziya-2022” isə YENİ OV MÖVSÜMNÜN üst siyasi gedişidir. Müharibəni səngiməyə qoymaq olmaz! Qərb məqsədlərinə hələ tam çatmayıb.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO