“Davam”- ın sədri: “Fərid Hacıyevin aparat rəhbəri təyin olunması Milli Məclisdə daha innovativ idarəetməyə səbəb olacaq”

“Davam”- ın sədri: “Fərid Hacıyevin aparat rəhbəri təyin olunması Milli Məclisdə daha innovativ idarəetməyə səbəb olacaq”

Hazırda oxunan: “Davam”- ın sədri: “Fərid Hacıyevin aparat rəhbəri təyin olunması Milli Məclisdə daha innovativ idarəetməyə səbəb olacaq”

74777

Xəbər verdiyimiz kimi, Fərid Hacıyev Milli Məclisin aparat rəhbəri vəzifəsinə təyin olunub. 32 yaşlı Fərid Hacıyev Milli Məclisin aparat rəhbəri vəzifəsində Səfa Mirzəyevi əvəz edib.
Sözügedən təyinatla bağlı “Davam” Gənclər Hərəkatının sədri Nihad Allahyarlı Bizim.Media ilə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, Fərid Hacıyevin təyinatı 2018-ci ildən sonra ölkəmizdə həyata keçirilən dərin islahatlar prosesinin bir parçası hesab oluna bilər:

“İslahatlar prosesinin tərkib hissəsi olaraq, dövlət qurumlarında müxtəlif struktur vahidlərinin ləğv olunması, yenidən təşkili, gənc kadrların önə çəkilməsi və yeni yanaşmaların tətbiqi əsas nüanslardır.
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin yeni Aparat rəhbəri məlum oldu 


Sevindirici haldır ki, artıq Milli Məclisdə də islahatlar prosesi dərinləşib.

Uzun müddətdir ki, Səfa müəllim həmin vəzifədə çalışırdı və onun dövlət, Milli Məclis qarşısında müəyyən xidmətləri var. 

Lakin yeni təyin olunan aparat rəhbəri də Milli Məclisin daxilində çalışıb, indi də müvafiq vəzifədə çalışacaq. Düşünürəm ki, o, həm qanunverici orqanın mətbəxinə bələddir, həm də yeni fikirli, gənc kadr olması Milli Məclisdə yeni yanaşmaların tətbiqinə, daha innovativ və praqmatik idarəetməyə səbəb olacaq”.

Nihad Allahyarlı, parlament aparatının yenilənməsinə ehtiyacın olduğunu da diqqətə çatdırıb:

“Milli Məclis iki hissədən ibarət olduğunu söyləyə bilərik: millət vəkilləri korpusu və Milli Məclisin komitələrinin, şöbələrinin idarəetməsinin tabe olduğu aparat rəhbəri sistemi. Düşünürəm ki, parlamentimiz yenilənib, gəncləşib. Bu prosesə ayaq uydurmaq üçün Milli Məclisin aparatının da yenilənməsinə ehtiyac var idi. Düşünürəm ki, bu təyinat uğurlu və yerində atılmış bir addımdır”.

Qeyd edək ki, sabiq aparat rəhbəri Səfa Mirzəyev 1997-ci ilin fevralından bu ilin mayına kimi sözügedən vəzifəni icra edib.


Fərid Hacıyev isə daha əvvəl Milli Məclis spikerinin köməkçisi, Parlamentin Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri kimi vəzifələrdə çalışıb.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO