''Son vaxtlar Azərbaycan dilinə daxil edilən bəzi kəlmələr dilimizin saflığını pozur''.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yeni təyin edilən Mədəniyyət naziri Anar Kərimovu qəbul edərkən deyib.
Dövlət başçısı deyib ki, Mədəniyyət Nazirliyi digər aidiyyəti qurumlarla birlikdə, Təhsil Nazirliyi ilə, Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan dilinin qorunması üçün çox ciddi işlər aparmalıdır:
''Müxtəlif tədbirlər görülür, proqramlar var, ancaq gündəlik həyat onu göstərir ki, biz bəzi hallarda dilimizin saflığının pozulmasını görürük. Mən bunu mətbuat orqanlarından, televiziya məkanından görürəm və əlbəttə ki, bunun qarşısı alınmalıdır''.
''Biz əsrlərboyu dilimizi qorumuşuq, bundan sonra da qorumalıyıq. Bu gün dünyada 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir'',- deyə prezident qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:34 / 05.01.2021
''Bəzi kəlmələr dilimizin saflığını pozur'' - Prezident
Hazırda oxunan: ''Bəzi kəlmələr dilimizin saflığını pozur'' - Prezident
Hazırda oxunan: ''Bəzi kəlmələr dilimizin saflığını pozur'' - Prezident
7457
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.