“Ukraynanın minnəti olsun ki, ABŞ onunla yaxınlaşmaq istəyir” – Zərdüşt Əlizadədən Lend-Liz ŞƏRHİ

“Ukraynanın minnəti olsun ki, ABŞ onunla yaxınlaşmaq istəyir” – Zərdüşt Əlizadədən Lend-Liz ŞƏRHİ

Hazırda oxunan: “Ukraynanın minnəti olsun ki, ABŞ onunla yaxınlaşmaq istəyir” – Zərdüşt Əlizadədən Lend-Liz ŞƏRHİ

74561

“Bütün dünya Amerikadan asılıdır. ABŞ dünyanın bir nömrəli dövlətidir, Çini özündən asılı vəziyyətə salmağa, Rusiyanı ram etməyə çalışır. Onun nəyinə lazımdır ki, Ukraynanı özünə ram eləsin. Ukraynanın minnəti olsun ki, Amerika onu sayıb, yaxınlaşmaq istəyir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə səsləndirib.

Belə ki, Lend-Liz aktının Ukraynanı ABŞ-dan borc asılığına salacağı və Ağ Evin bu proqramı qəbul etməklə Kiyevi özündən asılı dövlətə çevirməyi hədəflədiyi ilə bağlı səsləndirilən fikirləri münasibət bildirən politoloq qeyd edib ki, onsuz da bütün dünya ABŞ-la yaxın münasibətlər qurmağa çalışır:
 

MÖVZU İLƏ BAĞLI:

Lend-Liz çərçivəsində Ukraynaya hansı silahlar göndəriləcək? – SİYAHI 


“Lend-Liz ona görə qəbul olunub ki, Ukrayna Rusiyaya uğurla müqavimət göstərsin, onun təcavüzkar siyasətini dəf etsin. Doğrudur, ABŞ-da bu proqramın əleyhdarları da var. Lakin əvvəl-axır bu qəbul olunacaq və mayın 19-da Ukraynaya 40 milyardlıq yardım təsdiq olunacaq. Sonra silahlar böyük axınla Ukraynaya gələcək. Həmin silahlardan istifadə öyrənildikdən sonra, iyulun sonu, avqustun əvvələrində Ukrayna ordusu öz ərazilərini işğalçılardan təmizləməyə başlayacaq”.

Zərdüşt Əlizadə əlavə edib ki, Ukrayna onsuz da bir dövlət kimi borcun içərisində boğulur:

“Baxmayaraq ki, Ukrayna zəngin dövlətdir, lakin bivec rəhbərlik səbəbindən ölkə maliyyə cəhətdən bərbad durumdadır. Bütün pulları oliqarxlar oğurlayıb, xalq kasıb yaşayır. Ona görə də, ABŞ-a Ukraynanı asılı hala salmaq lazım deyil. Onsuz da Ukrayna Amerikadan asılı vəziyyətdədir. Ukrayna NATO-ya daxil olmaq istəyir, orada söz sahibi Amerikadır, Ukrayna Avropa İttifaqına daxil olmaq istəyir, orda da söz sahibi Amerikadır. O şeyə ki, dövlətlər könüllü gedirlər, bunun üçün nə isə fikir yürütməyə ehtiyac yoxdur. 

Hər şey təbii axını ilə gedir. Ukrayna da Rusiyanın təsirindən çıxıb, ABŞ-ın təsir dairəsinə düşüb və buna görə özlərini xoşbəxt sayırlar”.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO