Prezidentin köməkçisindən türk dövlətlərinə ÇAĞIRIŞ 

Prezidentin köməkçisindən türk dövlətlərinə ÇAĞIRIŞ 

Hazırda oxunan: Prezidentin köməkçisindən türk dövlətlərinə ÇAĞIRIŞ 

74320

"Bu gün müharibə bitib. Azərbaycan Qarabağda sülh əməlləri həyata keçirdiyi bir halda təəssüflər olsun ki, yenə də ölkəmizə qarşı informasiya müharibəsi davam etməkdədir. Bu bir daha onu göstərir ki, bu kimi çirkin kampaniyalara qarşı birgə səylərimizi artırmalıyıq". 

Bizim.Media-nın xəbərinə görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının (TDT) media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin İstanbulda keçirilən 4-cü toplantısında deyib. 

Prezidentin köməkçisi Qarabağ və Zəngəzurun türk-islam mədəniyyətinin mərkəzlərindən biri olduğunu diqqətə çatdırıb: 

"Oradakı dağıntıları da siz ötən il öz gözlərinizlə gördünüz. Biz Türk Dövlətlər Təşkilatı olaraq dünyaya əməkdaşlığı, xoş niyyətimizi təqdim edirik. Məqsədimiz də bundan ibarətdir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO