\

\"Qarabağ müharibəsi informasiya həmrəyliyinin əhəmiyyətini göstərdi\" – Ərdoğan 

Hazırda oxunan: \"Qarabağ müharibəsi informasiya həmrəyliyinin əhəmiyyətini göstərdi\" – Ərdoğan 

74315

“İkinci Qarabağ müharibəsi zamanı gördüyümüz şayiələr, dezinformasiyalar bizə bu məsələdə həmrəyliyin əhəmiyyətini göstərmiş oldu”. 

Bizim.Media xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Türk Dövlətlər Təşkilatının (TDT) media və informasiyadan məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 4-cü toplantısına göndərdiyi videomüraciətində deyib. 

"Savaş sadəcə meydanda olmadı. 44 gün ərzində yazılı və vizual mediada da çox çətin mübarizə aparıldı.

Yaşadığımız bu acı təcrübə bir daha onu göstərir ki, “Dördüncü hakimiyyət” olan media bəzi qüvvələrin əlində manipulyasiya alətinə çevrilib. Digital faşizm təhdid ünsürü halına gəlib”, - deyə o əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO