Türkiyə Ordusu BMT, NATO, ATƏT və ikitərəfli razılaşmalar çərçivəsində Azərbaycan, Liviya, Kosovo, Əfqanıstan, Bosniya və Herseqovina, Qətər, Somali, Sudan və bir çox coğrafiyada sülhə töhfə vermək üçün səylə xidmət etməkdədir.
Bizim.Media-nın məlumatına görə, bunu Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarın Sarıkamış şəhidlərini Anma Günü mesajında deyilir.
O bildirib ki, Sarıkamış şəhidlərini andığımız gündə “bir millət, iki dövlət" ifadəsinin bir nümunəsi olaraq Azərbaycan xalqının Nargin adasında mehmetciklərə göstərdiyi köməyi minnətdarlıqla xatırlayırlar:
"Can qardaşlarımızın haqlı işində, bütün imkanlarımızla sonuna qədər onların yanındayıq, sevincdə də, kədərdə də bir və bərabərik.
Bu hiss və düşüncələrlə qazi Mustafa Kamal Atatürk və silah yoldaşlarını, Sarıkamış şəhidləri başda olmaqla bütün əziz şəhidlərimizi, dünyasını dəyişən qəhrəman qazilərimizi rəhmət və minnətlə anır, dəyərli ailələrinə hörmət və minnətdarlığımı bildirirəm",- deyə Akar əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:00 / 05.01.2021
''Nargində mehmetçiklərə göstərilən köməyi xatırlayırıq'' - Akar
Hazırda oxunan: ''Nargində mehmetçiklərə göstərilən köməyi xatırlayırıq'' - Akar
Hazırda oxunan: ''Nargində mehmetçiklərə göstərilən köməyi xatırlayırıq'' - Akar
7430
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.