ABŞ-dan ayrılan 1 milyon dollarlıq qrantın NƏTİCƏLƏRİ – 14 may aksiyasının GİZLİNLƏRİ

ABŞ-dan ayrılan 1 milyon dollarlıq qrantın NƏTİCƏLƏRİ – 14 may aksiyasının GİZLİNLƏRİ

Hazırda oxunan: ABŞ-dan ayrılan 1 milyon dollarlıq qrantın NƏTİCƏLƏRİ – 14 may aksiyasının GİZLİNLƏRİ

74219

Özlərini ictimai fəal kimi təqdim edən bir qrup şəxs mayın 14-də Fəvvarələr meydanında “dinc” yürüş keçirəcəkləri ilə bağlı bəyanat yayıblar. Sözügedən şəxslərin budəfəki etiraz “səbəbi” kimi isə jurnalist Aytən Məmmədovaya qarşı törədilmiş təhdid hadisəsi göstərilir.

Məqsədə gedən yolda səbəb tapmaq cəhdi

Təbii ki, onların göstərdiyi səbəbə ən yumşaq təbirlə bəhanə demək olar. Çünki məişət səviyyəsində hadisəni qabardaraq Azərbaycanda insan hüquqlarının sistemli şəkildə pozulmasını küçədə vay-şüvən qoparmaqla sübuta yetirməyə çalışanların bəlli məqsədi var. Ona görə ki, hazırda bu “vay-şüvənə” hər hansı ehtiyac yox idi.

Birincisi, Aytən Məmmədovaya qarşı yönələn təhdidkar addıma hüquq-mühafizə orqanları tərəfindən operativ olaraq baxılıb və araşdırmalar davam edir. Hətta Media İnkişafı Agentliyinin, eləcə də Daxili İşlər Nazirliyinin rəhbər şəxsləri dərhal jurnalistlə görüşərək, hadisə ilə yaxından maraqlanıb və zəruri addımların atılacağı açıq şəkildə bildirilib.

İkincisi, “demokratlar” bəyanatlarında Tofiq Yaqublu, Bəxtiyar Hacıyev kimi şəxslərə qarşı baş vermiş hadisələri ortaya atıblar. Amma bu iki şəxsə qarşı baş verən hadisələrlə bağlı da araşdırmaların davam etdiyidə məlumdur.

Üçüncüsü, aksiyanın seçildiyi vaxta nəzər saldıqda, görə bilərik ki, “fəallar” aksiyaları üçün həmişə olduğu kimi, yenə də “münasib” vaxt seçiblər:

1. 14 may tarixində hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşamızda, Qələbəmizin simvolu olan Xarı Bülbülün adını daşıyan festivalın bağlanış mərasimi baş tutacaq.

2. 15 may tarixində isə Bakıda 10 min nəfərə yaxın iştirakçının qatılacağı “Küləyə qalib gəl” marafonu keçiriləcək.

Belə bir məqamda diqqətə düşmək üçün əla fürsət əldə etmiş olurlar. Çünki dünya ictimaiyyətinin diqqəti belə vaxtlarda xüsusi olaraq Bakıya fokuslanacaq.

Qərbdən atılan sümük

Bundan başqa, sifarişçilərin onlara təyin etdikləri son tarix də yaxınlaşmaq üzrədir. Əlbəttə, son tarixdən bəhs etdikdə dərhal diqqətlər NED-in (National Endowment for Democracy) 2022-ci il üçün Azərbaycana ayırdığı təsdiqlənmiş qranta (970 min dollar) yönəlir.

Bu qrantın 399 minə qədər olan hissəsi vətəndaş iştirakçılığının aktivliyinin artırılması, insan hüquqlarının müdafiəsi, etirazların təşkili, insan hüquqlarının qorunmasının monitorinqi və digər bu kimi məsələlərin maliyyələşdirilməsi ilə bağlı layihələrin gerçəkləşdirilməsinə yönəldilib.

NED “qrantların təcili ayrılması” bəndini Bakıya ayırdığı vəsaitə də daxil edib və “təcili vəsaitin” 25 maya qədər ayrılması nəzərdə tutulur. Buna görə artıq hazırlıqlara başlanılıb – “siyasi fəal” və jurnalist hədələnməsindən maksimum istifadə edilir. Təbii ki, “fəallar” gələcək illər üçün öz çörək ağaclarından məhrum olmaq istəmədikləri üçün vaxt itirmədən əl-ayağa düşüblər.

Qrantpaylayanlar yeni “ov” axtarışında

Sorosların, NED-lərin məqsədinin rəngli inqilablar yolu ilə hakimiyyətə öz “marionetka”larını gətirmək olduğu gözümüzün önündəki Paşinyan nümunəsindən bəllidir. Söhbət Ermənistandan düşmüşkən, NED-in əsas donorları arasında ermənilərin olduğunu da diqqətə çatırmalıyıq.

Təbii ki, Azərbaycanın diqtə etdiyi şərtlərlə Cənubi Qafqazda sülhün əldə olunması yolunda atılan son addımlar fonunda ermənilərin ölkəmizin nüfuzuna zərbə vurmaq üçün daxilimizdəki “5-ci kolon”u işə salmaq niyyətləri də anlaşılandır.

Eyni zamanda sorosların, NED-lərin yeni komanda yığmağa başladığı da məlumdur.

Çünki ermənipərəst fondların köhnə oyuncaqlarının bir çoxu ya Avropaya üz tutub, ya da cəmiyyətdə nüfuzlarının qalmadığını artıq dərk ediblər. Yerdə qalan üç-beş “jurnalist” və “bloqer”lər isə üzüsulu getmək niyyətində deyillər. Qərbdən maliyyələşən “5-ci kolon”un sıralına qatılmaq üçün yeni simaların axtarışı və üzə çıxarılması üçün icazəsiz mitinqdən yaxşı üsul ola bilməz.
 

Bu şəxslərdən mütləq əksəriyyətinin 44 günlük haqq savaşımız dönəmində erməni qardaşlarının hallarına, Aytən Məmmədovanın başına gələn xoşagəlməz olaydan betər vay-şüvən qoparmalarını da ayrıca diqqətdə saxlamalıyıq.


Lakin ölkəmizdə stabilliyi pozmağa cəhd edənlərin niyyətlərinin fiaskoya məhkum olacağı bəllidir. Çünki onların əsl üzünə Azərbaycan xalqı yaxşı bələddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO