AMİP sədrindən radikal müxalifətə SƏRT CAVAB: “Onların 30 illik mübarizəsi heç bir fayda verməyib”

AMİP sədrindən radikal müxalifətə SƏRT CAVAB: “Onların 30 illik mübarizəsi heç bir fayda verməyib”

Hazırda oxunan: AMİP sədrindən radikal müxalifətə SƏRT CAVAB: “Onların 30 illik mübarizəsi heç bir fayda verməyib”

74107

“Biz 2019-cu ildən əvvəl də mövqeyimizi ifadə edirdik ki, iqtidar-müxalifət dialoqu olmalıdır. Ölkədəki bir sıra problemlərin həlli bu formata danışıqların aparılmasından keçir. Təəssüflər olsun ki, həmin dövrdə PA-nın partiyalarla çalışan bir şöbəsi var idi ki, o da yalnız bir neçə partiyanı önə çıxarmaqla əməkdaşlıq modelinə üstünlük verirdi. 2019-cu ilin sonlarında PA-da Siyasi partiyalarla və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yarandı və ilk təmaslar başladı”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

“Deputatların əksəriyyəti müharibə vaxtı mövqesizlik göstərdi” – AMİP SƏDRİ


Belə ki, mayın 11-də PA-nın şöbə müdiri Ədalət Vəliyevlə görüşü və iqtidar-müxalifət dialoqunun nəticələri ilə bağlı fikirlərini bölüşən AMİP sədri keçirilən görüşlərdə ölkədəki bir sıra problemlərin həlli istiqamətində təkliflər təqdim edildiyini bildirib:

“Ümumilikdə isə indiyə qədərki dövrdə etdiyimiz təkliflərdən qəbul edilənləri də var. Məsələn, parlamentdə azlıqda olan partiyaların nümayəndələrinin Milli Məclis rəhbərliyində təmsil olunması ilə bağlı təklif qəbul olundu. Bir sıra digər məsələrin üzərində də işlər gedir. Əvvəlki dövrdə bizim təkliflərimizi çatdırmaq imkanınlarına malik deyildiksə, bu gün belə imkan mövcuddur. Bunun davamlı olması ölkəmiz üçün də faydalıdır. Biz real nəticəni 44 günlük müharibədə də gördük.
 

Xatırlayırsınızsa, həmin dövrdə siyasi mövqeyindən asılı olmayaraq hər kəs bir istiqamətdə addım atdı və biz qələbəmizin ən azı 50%-ni ölkənin dəmir yumruq kimi birləşməsi nəticəsində qazandıq”.


Arzuxan Əlizadənin sözlərinə görə, Azərbaycanda 30 illik müstəqillik dönəmində küçədə mitinq-qarşıdurma yolu ilə heç bir problemin həllinə nail olmaq mümkün olmayıb.

Partiya sədri iqtidar-müxalifət dialoquna tənqidi mövqedən yanaşan kəsimlə bağlı da fikir bildirib:
 

“Hesab edirəm ki, bu mövqedən yanaşanların əsas aparıcı qüvvəsi vaxtilə hakimiyyətdə olub, uğursuz fəaliyyətləri nəticəsində hakimiyyətdən getmiş və Azərbaycanı illərlə geriyə salmış bir kəsimdir. Hər bir cəmiyyətdə narazı kəsim var və bu təbiidir.


Qeyd etdiyim kimi, ölkədə hələ də ciddi problemlər, təəssüflər olsun ki, qalmaqdadır. Narazı kəsimin də problemlərinin həllində iqtidarlı, müxalifətli addımlar atılmalıdır və dialoqun fəlsəfəsi də bundan ibarətdir.  Amma o adamları fərqli istiqamətə yönləndirmək, heç də həmin “siyasi qüvvələrə” sərf etmir. Biz onların hakimiyyəti dönəmini də, 30 il ərzində apardıqları mübarizəni də görmüşük ki, heç bir effekt verməyib. Bunun üçün yeni konfiqurasiyaya keçmək lazımdır. Bütün dünyada qəbul olunmuş praktika bu cürdür: problemlər danışıqlar masasında həll olunur. Biz də bu yolun tərəfdarıyıq”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO