Partiya sədri hökumətə çağırış etdi: “Qiymətin qaldırılması kimə və nəyə xidmət edir?”

Partiya sədri hökumətə çağırış etdi: “Qiymətin qaldırılması kimə və nəyə xidmət edir?”

Hazırda oxunan: Partiya sədri hökumətə çağırış etdi: “Qiymətin qaldırılması kimə və nəyə xidmət edir?”

7396

“Yanacağın qiymətini qaldırmaq əhalinin həyat şəraitinə olduqca mənfi təsir göstərəcək, bütün növ ərzaq məhsullarının qiyməti əhəmiyyətli dərəcədə artacaq. Onsuz da sosial cəhətdən müdafiəsi zəif olan vətəndaşlarımızın sayı kifayət qədərdir. Pandemiya şəraitində bunu etmək kimə və nəyə xidmət edir?”.

Bizim.Media xəbər verir ki, bu fikirlərlə Ümid Partiyasının sədri İqbal Ağazadə özünün “Facebook” səhifəsində çıxış edib.

 

MÖVZU İLƏ BAĞLI:

İqbal Ağazadə: “Elə bilirik, bayrağı vurub qoltuğumuza gedib Xankəndinə sancmaqla hər şey bitəcək”



Partiya sədri hökumətə çağırış edərək heç bir səbəb olmadan Aİ-92 benzini və dizel yanacağının bahalaşması qərarına yenidən baxılmasını təklif edib:

“Aİ-92 benini və dizel yanacağı ölkədə istehsal olunur, xammal kənardan gətirilmir, işçilik haqqı əhəmiyyətli şəkildə qaldırılmayıb, adambaşına düşən gəlirlər xüsusi şəkildə yüksəlməyib, bazarda tələblə təklif arasında fərq dəyişməyib.

İnsanlar xəstəliklə yanaşı, yaşamaq uğrunda mübarizə aparırlar. İşsizlik, yoxsulluq insanlarımızı çətin duruma salıb. 

Belə bir vəziyyətdə qiymətləri aşağı salmaq, kommunal xərcləri - qaz, su, işıq pullarını - dövlət hesabına ödəmək, uşaqpulu verməyin yollarını aramaq əvəzinə, yanacağın qiymətini qaldırıb əhalinin vəziyyətinə əhəmiyyətli təsir edəcək qərarlar vermək hansı məntiqə sığır? Belə olmaz...”

Bu tipli qərarları xalqın mənafeyi nəzərə alınmadan verməyin heç bir ölçüyə sığmadığını deyən İqbal Ağazadə hökumətə səsələnərək söügedən qərara yenidən baxılmasını təklif edib.

Qeyd edək ki, Tarif Şurasının qərarı ilə dünəndən Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO