Razi Nurullayevlə Xızı rayonun icra başçısı arasında etika MÜBAHİSƏSİ – Kim haqlıdır?  

Razi Nurullayevlə Xızı rayonun icra başçısı arasında etika MÜBAHİSƏSİ – Kim haqlıdır?  

Hazırda oxunan: Razi Nurullayevlə Xızı rayonun icra başçısı arasında etika MÜBAHİSƏSİ – Kim haqlıdır?  

73857

Millət vəkili, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevlə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov arasında anlaşmazlıq yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə deputat sosial şəbəkə hesabından məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

“Azərbaycanda kimisə işdən çıxarmaq istəyirlərsə, “könüllü” istefa ərizəsi yazdırırlar” – Razi Nurullayev 


Məsələni anlaşmazlıq kimi qəbul etdiyini bildirən millət vəkili əvvəlcə məsələ ilə bağlı mövqeyini açıqlayıb:

“Mən jurnalistin mənə ünvanladığı suala cavab vermək istəmirdim. "Etika" naminə. Çünki, hər dairənin deputatı var və hər zaman həmkarlarıma böyük hörmətlə yanaşmışam və yanaşacam. Amma başçının dediyi "siyasi etika"nı bu qəbildən qəbul edə bilmərəm. Başçı məni qınayır və deyir ki: "...bu kimi məsələlərdən xal qazanmaqla siyasətçi obrazı yaratmaq siyasi etika ilə ziddiyət təşkil edir.

Hörmətli başçının nəzərinə çatdırmaq istəyirəm ki, xalq qazanmaq istəsəydim, ümumi danışmaz və elə ifadələr və cümlələr işlədərdim ki, təsiri indikindən yüz dəfə çox olardı. Böyük Allaha da məlumdur ki, belə niyyətim olmayıb”.  

Siyasi partiya rəhbəri kimi, xalqa və dövlətə xidmət etdiyini bildirən Razi Nurullayev bu dəst-xəttlə yoluna davam edəcəyini də vurğulayıb:

“Bütün məsələlərə, bütün problemlərə, bütün rayonlara, bütün hökumət idarələrinə münasibətimi bildirmək haqqım var və harada yaşamasından asılı olmayaraq bütün vətəndaşları qəbul etmək, dinləmək və yönləndirmək də vəzifə və vətəndaşlıq borcumdur. Bunu etmək mənə qadağan edilə bilməz. 

Şəhid ailələri də mənim üçün birdir. Heç onları da Birinci, İkinci və Aprel şəhidlərinə, o cümlədən rayon, şəhər və kənd üzrə bölmürəm”.

Millət vəkili anlaşmazlığa səbəb olan məsələni də ictimaiyyətə açıqlayıb:
 

“Şəhid ailələrinin video-görüntüsü yayılıb və mən də məsələyə ümumi münasibət bildirmiş və Xızı icra hakimiyyətini hədəfə almamışam. Etikaya qalanda hörmətli icra başçısının hislərinə qapılaraq Milli Məclisin deputatına və siyasi partiya sədrinə "məsləhət" verməsi də etik deyil.


Amma, incimirəm və hörmətli Xəzər müəllimin nəzərinə çatdırım ki, seçicilərimin problemləri ilə yaxından maraqlanıram və etimadlarını qazanmaq üçün mümkün olanı edirəm. Sevinirəm ki, hörmətli Xəzər Aslanov müəllim videogörüntüdəki şəhid ailələrini qəbul edib və qaldırılan bir sıra məsələlər yerindəcə həllini tapıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO