Rusiyada hakimiyyətdaxili BÖHRAN – “İstefalar nazirlər kabinetinə də çatacaq”

Rusiyada hakimiyyətdaxili BÖHRAN – “İstefalar nazirlər kabinetinə də çatacaq”

Hazırda oxunan: Rusiyada hakimiyyətdaxili BÖHRAN – “İstefalar nazirlər kabinetinə də çatacaq”

73818

“Qubernatorların istefası hakimiyyətdaxili çaxnaşma və böhranın təzahüründür. Artıq Rusiyada Kremlin yeritdiyi hakimiyyətdən narazılıqlar baş qaldırır. Beş qubernatorun istefası onu göstərir ki, ölkədə hakimiyyətin yeritdiyi siyasətdən narazılarn sayı artmaqdadır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Qabil Hüseynli bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Zaxarovadan Varşavada Rusiya səfirinə edilən hücuma MÜNASİBƏT – “Bizi qorxutmaq olmaz” 


Belə ki, mayın 10-da Rusiyada 5 vilayət qubernatorunun gözlənilməz istefasını şərh edən politoloqun sözlərinə görə, hakimiyyəti təmsil olunan şəxslərin istefaları davam edəcək:

“Ümumiyyətlə, hakimiyyət böhranı öz dalğalarını genişləndirəcək. Dalğa nazirlər kabinetinə, digər yüksək ranqlı məmurlara da çatacaq. Bu isə Putin ətrafındakı hakimiyyət halqasının daralması deməkdir. Bu bütövlükdə Rusiyada mövcud hakimiyyətin yeritdiyi siyasətdən narazılığın açıq ifadəsidir”.

Qabil Hüseynli proseslərin son nəticəsi olaraq Rusiyada hakimiyyət çevrilişinin baş verməsi ehtimallarını da dəyərləndirib:

“Hakimiyyətdən istefaya gedənlər boş dayanmayacaqlar. Əgər bunlar birinci addımları atanlardırsa, onların ardınca gedənlər də olacaq. Hakimiyyətin əl-ayağını yığıb-yığışdırmaq artıq mümkünsüz görünür. Zənnimcə, Rusiyada alternativ hakimiyyət strukturlarının formalaşdırılması prosesi leqal şəkildə olmasa da, illeqal şəkildə həyata keçməyə başlaya bilər”.

Qeyd edək ki, mayın 10-da Rusiyanın Ryazan, Tomsk, Saratov, Kirov quberiniyaları və Mari-el respublikasının qubernatorlarının istefa verdikləri açıqlanıb.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO