Sahibə Qafarova isveçrəli həmkarı ilə müzakirələr apardı - FOTO

Sahibə Qafarova isveçrəli həmkarı ilə müzakirələr apardı - FOTO

Hazırda oxunan: Sahibə Qafarova isveçrəli həmkarı ilə müzakirələr apardı - FOTO

73699

Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamenti Milli Şurasının sədri İren Kalin ilə görüşüb.

Bizim.Media xəbər verir ki,  İren Kalin ölkəsinin Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb, əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur. İren Kalin xüsusilə, iqtisadi sahədə qarşılıqlı investisiya qoyuluşu, biznes strukturları və müəssisələr arasında əlaqələrin əhəmiyyətini qeyd edib.

O, İsveçrənin hər zaman ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini qeyd edərək, Azərbaycanla Ermənistan arasında sülh danışıqlarına dəstək verməyə hazır olduqlarını bildirib.

Rəsmi səfərə dəvətə və göstərilən qonaqpərvərliyə görə, minnətdarlığını ifadə edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan parlamentinin spikeri kimi İsveçrə Konfederasiyasına ilk rəsmi səfərinin ölkələrimiz və qanunverici orqanlarımız arasında əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi işinə töhfə verəcəyinə inandığını bildirib.

O, Azərbaycan və İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu diqqətə çatdıraraq, deyib ki, bu gün ölkələrimiz arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir.

Milli Məclisin sədri ikitərəfli münasibətlərin inkişafında yüksək səviyyəli səfərlərin və görüşlərin müstəsna rolunu qeyd edərək, xüsusilə, dövlət başçılarının qarşılıqlı səfərlərinin ölkələrimiz arasında əlaqələrin genişlənməsinə mühüm töhfələrini vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Görüş başa çatdıqdan sonra Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti İsveçrə parlamentinin binası ilə tanış olub.
Sonra Milli Şuranın plenar iclas zalının eyvanından Azərbaycan parlament nümayəndə heyətinin rəsmi salamlanması mərasimi olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO