“Bu qərar Rusiya üçün yaxşı heç nə vəd etmir” – Ədalət Verdiyevdən Lend-Liz AÇIQLAMASI 

“Bu qərar Rusiya üçün yaxşı heç nə vəd etmir” – Ədalət Verdiyevdən Lend-Liz AÇIQLAMASI 

Hazırda oxunan: “Bu qərar Rusiya üçün yaxşı heç nə vəd etmir” – Ədalət Verdiyevdən Lend-Liz AÇIQLAMASI 

73661

“Xatırlıyırıqsa, İkinci Dünya Müharibəsinin də SSRİ-nin xeyrinə yekunlaşmasını Lend-Liz proqramı təmin etmişdi. İndi də eyni proqram Rusiyanın özünə qarşı tətbiq olunacaq. Bununla bağlı ABŞ Prezidenti Co Bayden mayın 9-da fərman imzalayıb”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Belə ki, ekspert Lend-Liz proqramı çərçivəsində Ukraynaya göndəriləcək silahların savaşın seyrinə necə təsir edə biləcəyinə də aydınlıq gətirib:
 

MÖVZU İLƏ BAĞLI:

Lend-Liz çərçivəsində Ukraynaya hansı silahlar göndəriləcək? – SİYAHI 


“Hesab edirəm ki, həmin silahlar Ukraynaya çatdırıldıqdan təqribən 2 həftə sonra artıq Ukraynanın genişmiqyaslı əks hücumlar təşkil etmək imkanı olacaq. Bu əks hücumların ilkin nəticələrinə görə, biz müharibənin gələcək gedişatı ilə bağlı ehtimallar irəli sürə biləcəyik. İstənilən halda uzaqmənzilli hava hücumundan müdafiə sistemlərinin və aviasiya vasitələrinin Ukraynaya verilməsi Rusiya üçün yaxşı heç nə vəd etmir”.

Qeyd edək ki, “Ukraynada demokratiya üçün Lend-Liz 2022” proqramı ABŞ Konqresi tərəfindən aprelin 29-da qəbul edilib.

Mayın 9-da ABŞ Prezideni Co Bayden tərəfindən Lend-Lizin təsdiqi ilə bağlı sərəncamımn verilməsi ilə artıq Ağ Ev sahibi konqresdən icazə almadan və heç bir brüokratik əngəl olmadan Ukraynaya hərbi və humanitar yardım etmək səlahiyyətini əldə edəcək.
Bundan əlavə, ABŞ-ın proqram çərçivəsində ilk partiya olaraq Ukraynaya 20 milyard dollarlıq hərbi sursatlar göndərəcəyi elan edilib.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO