Ömər Çelik: “Paşinyanın Türkiyəyə qarşı “sanksiya” tətbiq etmək qərarı gülüncdür”

Ömər Çelik: “Paşinyanın Türkiyəyə qarşı “sanksiya” tətbiq etmək qərarı gülüncdür”

Hazırda oxunan: Ömər Çelik: “Paşinyanın Türkiyəyə qarşı “sanksiya” tətbiq etmək qərarı gülüncdür”

7364

Otuz ilə yaxındır ki, Minsk qrupunun həll edilməz hala gətirdiyi bir Qarabağ problemi azərbaycanlı qardaşlarımızın haqq, hüquq və mənafelərinin qorunması çərçivəsində aradan qaldırılıb. Prezident Rəcəb Tayyib Ərdoğanın Zəfər günü Paradında iştirak etmək üçün Prezident İlham Əliyevin dəvəti ilə Azərbaycana səfər etməsi dostluq və qardaşlığımıza daha bir nümunədir. Bu zəfər münasibətilə bir daha azərbaycanlı qardşalarımızı təbrik edirik.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə gerçəkləşən AKP İdarə Heyətinin ötən ilin yekunlarına dair iclasından sonra partiyanın sözçüsü Ömər Çelik keçirdiyi mətbuat konfransında səsləndirib.

Türkiyənin terrorizmlə mübarizədə bundan sonra da qətiyyət nümayiş etdirəcəyini diqqətə çatdıran AKP-nin sözçüsü Ömər Çelik təəssüf hissi ilə bildirib ki, bu məsələdə də ikili standartlar mövcuddur. Qərb ölkələrində baş verən bəzi proseslərdən narahatlığını ifadə edən Ömər Çelik deyib ki, faşizm çağırışları Avropa dəyərlərinə təhdiddir. Türkiyə istər dövlət sərhədlərində, istərsə də Aralıq dənizində maraq və mənafelərini bundan sonra da qətiyyətlə qorumaqda davam edəcək.

Ömər Çelik Ermənistan baş naziri Nikol Paşinyanın Türkiyəyə qarşı “sanksiyalar” tətbiq etmək kimi gülünc qərarını ötən ilin zarafatı kimi dəyərləndirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO