"Şuşada Türkiyə Konsulluğunun yaradılması ilə bağlı Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında danışıqlar aparılır”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
O, prosesin daim diqqətdə olduğunu bildirib.
Xatırladaq ki, Şuşa şəhəri 8 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalından azad edilib.
Bizim.Media