Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 10-da Səudiyyə Ərəbistanına səfərə yola düşür.
İdarədən Bizim.Media-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının - Rabitə təşkilatının 11 may tarixində Krallığın paytaxtı Ər-Riyadda «Dinlərin davamçılarının ortaq dəyərləri» mövzusunda keçirəcəyi beynəlxalq konfransda məruzə ilə çıxış edəcək.
Səudiyyə Ərəbistanın kralı, İki Müqəddəs Ocağın Xadimi, Əlahəzrət Kral Salman bin Əbdüləziz Əl-Saud həzrətləri və Vəliəhd - Məhəmməd bin Salman həzrətlərinin beynəlxalq konfrans iştirakçıları ilə görüşü ehtimal edilir.
Bizim.Media