Sülhməramlılarla bağlı hansı problemlər var? - Nazirdən AÇIQLAMA

Sülhməramlılarla bağlı hansı problemlər var? - Nazirdən AÇIQLAMA

Hazırda oxunan: Sülhməramlılarla bağlı hansı problemlər var? - Nazirdən AÇIQLAMA

73601

“Sülhməramlılar müvəqqəti olaraq Azərbaycanın Qarabağ bölgəsində yerləşib və orada fəaliyyətlərini davam etdirirlər”. 

Bizim.Media xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov: "Kimsə bizim əvəzimizə müqavilə imzalamayacaq"


Nazir bildirib ki, Qarabağda Rusiya sülhməramlılarının yerləşməsi üçtərəfli bəyanat əsasında həyata keçirilib və onlar üzərlərinə düşən funksiyaları yerinə yetirirlər:  

“Təbii ki, vaxtaşırı hansısa suallar olur və o suallar əsasən hələ də Qarabağ bölgəsində Ermənistanın hərbi birləşmələrinin mövcudluğu, qanunsuz olaraq həmin ərazilərə səfərlərlə bağlıdır. Belə məqamlar olan halda məsələ həm sühməramlıların buradakı komandanlığı, həm də digər səviyyələrdə qaldırılır və müzakirə mövzusu olur. Azərbaycan tərəfi məsələlərin məhz bu müstəvidə həll edilməsinin tərəfdarıdır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO