İlham Əliyevdən sərhəd mühafizəsi ilə bağlı qanuna DƏYİŞİKLİK

İlham Əliyevdən sərhəd mühafizəsi ilə bağlı qanuna DƏYİŞİKLİK

Hazırda oxunan: İlham Əliyevdən sərhəd mühafizəsi ilə bağlı qanuna DƏYİŞİKLİK

73586

“Sərhəd mühafizə orqanları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. 

Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb. 

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edən sərhəd mühafizə orqanları sırasına xüsusi hava əməliyyatları qüvvələri də əlavə edilib. 

Qeyd edək ki, bu dəyişikliyə qədər Azərbaycan Respublikasının sərhəd mühafizə orqanları sərhəd qoşunlarından, çevik hərəkət qüvvələrindən, sahil mühafizəsindən, sərhəd nəzarətindən və digər qurumlardan ibarət olmaqla, Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsini və toxunulmazlığını təmin edirdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO