“Azərbaycan tərəfi hələ fevral ayında Ermənistana sülh müqaviləsinin təməl prinsiplərini təqdim edib”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Heydər Əliyevin məzarını ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.
Nazir vurğulayıb ki, Ermənistan tərəfi isə həmin baza prinsiplərində onlar üçün qəbulolunmaz heç nəyin olmadığını bildiriblər:
“Daha sonra Ermənistan tərəfindən Azərbaycanın 5 təklifinə cavab olaraq 6 təklifin verilməsi xəbərləri yayıldı. Böyük ehtimalla, hər kəs Ermənistan tərəfinin qeyd etdiyi sənədi görüb, çünki onlar bu sənədi açıq formada yayıblar. Lakin sənədə baxdıqda buna təklif demək olmaz”.
Qeyd edək ki, bir neçə gün əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında Ermənistanın Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq rəsmi Bakıya 6 bənddən ibarət təklif göndərdiyini söyləyib.
"Bu iki təkliflər paketini birləşdirib müzakirələrə başlamaq lazımdır. Bu məsələdə həm Azərbaycan, həm də digər beynəlxalq tərəfdaşlar tərəfindən anlaşma var. Azərbaycanın bəndlərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Sülh müqaviləsi ətrafında danışıqlara başlamaq lazımdır”, - deyə A.Qriqoryan bildirib.
Bizim.Media