İsrail müharibəyə hazırlaşır - ABŞ-dan yeni F-35 təyyarələri alınır

İsrail müharibəyə hazırlaşır - ABŞ-dan yeni F-35 təyyarələri alınır

Hazırda oxunan: İsrail müharibəyə hazırlaşır - ABŞ-dan yeni F-35 təyyarələri alınır

7329

İsrail Müdafiə naziri Benni Gantz verdiyi açıqlamada ölkəsinin ABŞ-dan daha bir F-35 eskadrilyası almaq istədiyini qeyd edib.

Bizim.Media xəbər verir ki, F-35-lərin alınması ilə bağlı yeni bir fond hazırlandığını söyləyən Gantz mövzu ilə bağlı açıqlamasında bu sözlərə yer verib:
 


MÖVZU İLƏ BAĞLI:

İsraildən İrana sərt cavab – “Cəfəngiyyatdır!”
 


"Hazırda İsrail iki F-35 eskadrilyasına malikdir, düşünürəm ki, bunu daha da genişləndirməyə ehtiyac var. Amerikalılardan tələb etdiyim budur: yeni bir donanma almaq və formalaşacaq tarazlıqla nə edəcəyimzə qərar vermək."

Analitiklərin fikrincə, hazırda İsrailin əlində olan F-35 arsenalı ölkənin təhlükəsizliyini təmin etməyə və regionda xüsusi əməliyyatların icrasına imkan verir. Ancaq F-35-lərin sayının ciddi ölçüdə artırılması İsrailin qarşıdakı hədəflərinin daha geniş olduğunun göstəricisidir. İsrail böyük ehtimalla regionda baş verə biləcək hər hansı ciddi qarşıdurmada güclü tərəf olmaq üçün indidən hazırlıq görür.

Son günlərdə ABŞ-ın ərəb ölkələrinə də F-35 təyyarələri satmağa qərar verməsi İsrail tərəfindən xoş qarşılanmamış, regiondakı tarazlığın pozulacağı qeyd olunmuşdu. Görünən odur ki, İsrail hər nə qədər diplomatik əlaqələri bərpa etmiş olsa da ərəb ölkərlərinə qarşı münasibəti birmənalı deyil.

Regionda hər hansı ərəb dövlətinin güclənməsi İsrailin milli maraqları üçün təhlükəlidir. Bu səbəblə də F-35-lərin alınması İsrailin Yaxın Şərq bölgəsində əvvəlki – İsrailin şübhəsiz lider olduğu, tarazlığın yenidən yaradılmasına xidmət edəcək.

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO