Ermənistanın sülh müqaviləsinə əlavə etdiyi 6-cı BƏND – Azərbaycan bu şərtlə razılaşacaqmı?

Ermənistanın sülh müqaviləsinə əlavə etdiyi 6-cı BƏND – Azərbaycan bu şərtlə razılaşacaqmı?

Hazırda oxunan: Ermənistanın sülh müqaviləsinə əlavə etdiyi 6-cı BƏND – Azərbaycan bu şərtlə razılaşacaqmı?

73117

“İrəvan Gədəbəy ətrafında özlərinə aid hesab etdikləri anklav əraziləri Qazaxın 7 və Naxçıvanın Kərki kəndinə qarşı qoymaq istəyir”.

Bunu Bizim.Media-ya açıqlamasında politoloq Turan Rzayev erməni mətbuatında qeyd edildiyi kimi, Ermənistanın 5 maddəlik sülh prinsiplərinə əlavə etdiyi 6-cı bəndin nədən ibarət olduğuna aydınlıq gətirərkən deyib: 

“Ermənistan sülh prosesində Azərbaycanın nə istədiyini artıq tam mənasında başa düşür. Məsələ ondadır ki, rəsmi Bakı anklavlar məsələsində israrlıdır. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi. İrəvan da bundan irəli gələrək hamının hamıya prinsipinə üstünlük verməklə, Gədəbəy ətrafında özlərinə aid hesab etdikləri anklav əraziləri Qazaxın 7 və Naxçıvanın Kərki kəndinə qarşı qoymaq istəyir. Məsələ ondadır ki, Gədəbəydəki anklav Qazaxın 7 və Kərki kəndini əhatə edən ərazinin həcminə bərabərdir. Bu baxımdan həmin fənddən istifadə edərək İrəvan bir növ Azərbaycanı bu anklavları geri almaqdan yayındırmağa çalışır”. 

Politoloq bildirir ki, Azərbaycan heç zaman ermənilərin bu fəndinə razı olmayacaq:

“Ermənilərin bu istiqamətdə istənilən addımları qəbul edilməyəcək. Anklavdakı həmin ərazilər də Azərbaycanın ərazisidir və sərhədin tam müəyyənləşməsi baxımından bu yerlərin də ölkəmizə qaytarılması vacibdir”.

Digər tərəfdən, həmsöhbətimiz düşünür ki, İrəvan bu tip absurd yanaşma sərgiləməkdə davam etsə, Azərbaycan da öz növbəsində tələblərinin yükünü artıra bilər: 

“Rəsmi Bakı təzminat məsələsini sülh danışıqlarında hələlik gündəmə gətirmir. Amma bu da Azərbaycanın müzakirə mövzusu saydığı məsələlərdən biridir. Azərbaycan kartları hələlik tam mənasında açmayıb. Çünki bilir ki, İrəvan prosesin gedişində nələrəsə maneə olmağa çalışır. Ona görə də Bakı İrəvanın danışıqları yubadacaq ehtimal addımlarına qarşı bəzi tələblərini indilikdə açıqlamır. Lakin gələcəkdə bu tələblərin də açıqlanması mümkündür”. 

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO