Metyu Brayze: “Rusiya Moldovanı ələ keçirməyə hazırlaşır” - EKSKLÜZİV

Metyu Brayze: “Rusiya Moldovanı ələ keçirməyə hazırlaşır” - EKSKLÜZİV

Hazırda oxunan: Metyu Brayze: “Rusiya Moldovanı ələ keçirməyə hazırlaşır” - EKSKLÜZİV

73038

“Düşünmürəm ki, Rusiya Moldovaya hücum etməyi planlaşdırır. Çünki Rusiya ordusu Ukraynada böyük təzyiq altındadır. Ukraynada işğalçılıqla bağlı da çox çətinlik yaşayırlar”.  

Bu fikirləri Bizim.Media-ya açıqlaması zamanı ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Metyu Brayza: "Minsk qrupu artıq ölüb"


Analitik hesab edir ki, artıq rus ordusu Ukraynada qarşıya qoyulan vəzifələri icra etməkdə çətinlik çəkir: 

“Rusiyanın hərbi doktrinasına əsasən onlar hər gün 10 kilometr irəliləməli idilər. Amma ki, reallıq tamam başqadır. Aprel ayının ortalarından bu günə qədər olan statistikaya nəzər yetirsək görərik ki, bu günə qədər cəmi 28 kilometr irəli gediblər. Lakin insanların Rusiyanın Moldovaya hücum etməsini düşünməsi üçün kifayət qədər dəlillər var. Rusiyanın Moldova ilə sərhəddə kifayət qədər hərbçisi toplanıb. 1500 hərbçi sərhəddədir. Rusiyanın ölkələrdəki separatçılara dəstəyi ilə həmin əraziləri ələ keçirməsi kimi bir xüsusiyyəti var”.

Moldova ərazisindəki partlayışlara toxunan keçmiş səfir bunun hələ də sirli olduğunu deyir:

“Həmçinin Rusiya ilə Moldova sərhəddində sirli partlayışlar baş verir. Bu partlayışlara görə də, Rusiya Ukraynanı günahlandırır. Bu partlayışlar Moldovanın Transnistria bölgəsində baş verir. Bu ağılasığmazdır. Axı nəyə görə, öz canı ilə əlləşən Ukrayna Moldova sərhəddinə hücum etsin?”.

Rusiyanın Ukraynaya rəsmi müharibə elan edəcəyi ilə bağlı yayılan xəbərləri də şərhh edən Metyu Brayze bildirib ki, bunu etsələr daha çox nüfuzdan düşmüş olacaqlar. 

“Belə xəbərlər də yayılır. Deyilənə görə səfərbərlik elan edəcəklər. Bilirsizmi, əslində Rusiya, xüsusən Putin ölkə daxilində istədiyi qərarı verə bilər. Və bunu edir də. Lakin Ukraynaya rəsmi müharibə edəcəyini düşünmürəm. Çünki bunu etməyəcəkləri ilə bağlı bir çox açıqlamalar veriblər. Rəsmi müharibə elan etsələr, nüfuzdan düşəcəklər və öz dediklərini təkzib etmiş olacaqlar”, - deyə M.Brayze əlavə edib.

Tehran, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO