Ukraynanın işğalında ERMƏNİ İZİ – Rusların tarixi “silahı” qan tökməyə davam edir

Ukraynanın işğalında ERMƏNİ İZİ – Rusların tarixi “silahı” qan tökməyə davam edir

Hazırda oxunan: Ukraynanın işğalında ERMƏNİ İZİ – Rusların tarixi “silahı” qan tökməyə davam edir

73025

XXI əsrdə Avropaya ən böyük təhdid sayılan Ukrayna müharibəsi yenə bir çox mətləblərinin üstünü açmış oldu. Burada müxtəlif oyunçuların əsil məqsədləri üzə çıxmaqla bərbər bir çox xalqların, dövlətlərin terrorçu, işğalçı mahiyyəti də üzə çıxdı.

Tarix boyu şərin yanında olan erməni kimliyi də bu savaşda yenə qaniçən mahiyyətini ortaya qoydu.

Bütün tərəqqipərvər ölkələr müharibəni lənətlədiyi halda Ermənistan birbaşa bu döyüşlərin iştirakçısına və dəstəkçisinə çevrildi. Ermənistan mediası və ictimai fikri Rusiyanın Ukraynada həyata keçirdiyi işğal siyasətinə haqq qazandıraraq bu müharibənin ən alovlu təbliğatçısı kimi dövriyəyə girdi. Ermənistanda Rusiya lehinə mitinqlər düzənləyərək bu qanlı olaylara haqq qazandırdılar.

Eyni zamanda Ukrayna müharibəsində ən dəhşətli epizodlarda baş rolda görüntüləndilər. Rusiyanın Ukraynada keçirdiyi ən qanlı olaylarda ermənilər birbaşa iştirakçıya çevrildilər.


Ukrayna kəşfiyyatının da əldə etdiyi məlumatda onlarla ermənin adı Buça, Mariupol faciələrində siyahının başındadır.

Bir çox yayılan görüntülərdə bu öz əksini tapıb. Ukraynadakı separatçılara humanitar yardımlar, üzərində “Armenia” yazılmış tanklardan tutmuş qolunda Ermənistan bayrağı vurulmuş hərbçilərə qədər xeyli təsdiqləyici faktlar və epizodlar var. 

Hələ Moskvada mərkəzi kanallarda sosial şəbəkələr üzərindən bir çox tanınmış ermənilərin terror hədəsi dolu çıxışlarını, təhdidlərini demirik. Bu müharibənin alovlanmasında xüsusi rolu olan propaqandist Simonyan, Keosanyan, Kurqinyan, Şahnazarov, Qabrielyanov, Babayan, Mirzayan, Baqdasarov və başqaları tarix qarşısında ən qəddar rollarını ifa edirlər.

Əgər tarixi varaqlasaq son 200 ildə bu tandemin bütün işğal və qanlı cinayətlərdə bir yerdə olduğunu görərik.  
 

XX əsrin əvvəllərində bolşeviklərin iştirak etdiyi qırğınlardan tutmuş Birinci və İkinci Qarabağ müharibələrinə qədər – hamısında Rusiya ilə Ermənistan bərabərlik sərgiləyiblər. 


1990-cı ilin 19-20 yanvar gecəsində rus tankları erməni təxribatları nəticəsində Bakını ayaqlar altına aldı. Erməniləri müdafiə etmək adı altında yüzlərlə oğul və qızlarımızın qanı töküldü. 

1992-ci ilin 26 fevralında başdan-ayağa silahlanmış 366-cı sovet alayı Xocalıda XX əsrin ən dəhşətli soyqırımını həyata keçirəndə də erməni mənfurları ilə rus işğalçısı bir yerdə idi. 

İkinci Qarabağ savaşında isə hər nə qədər neytral mövqe sərgilədiyini göstərmək istəsə belə, Rusiyanın bütün yollarla Ermənistanı silahla təmin etməyə çalışdığına yenidən şahidlik etdik.


Bu ilin yanvarında Qazaxıstanda baş verən qanlı olaylar zamanı KTMT qoşunlarının yeridilməsində erməni baş nazir Paşinyan xüsusi canfəşanlıq nümayiş etdirdi. Öz hərbi kontingenti ilə bu qanlı olayların iştirakçısına çevrildi. 

Bu gün Ukrayna dəhşətlərində də onlar eyni cinahda yer alıblar.
 

Regionumuzun başına bəla olan rus-erməni tandeminin əməllərinin hələ də davam etdiyini sübuta yetirmək üçün kifayət qədər dəlillər göstərə bilərik. Lakin fakt faktlığında qalır. Ukraynanın davam edən işğalında Ermənistan və şovinist erməni toplumu Rusiya ilə birlikdə iştirak edir. 


Amma maraqlı olan odur ki, Qərb, xüsusilə də Fransa, ABŞ Rusiyaya qarşı sanksiyalar, təzyiqlərin artırılmasını vacib saydığı bir vaxtda Moskvanın 1nömrəli əlaltısı sayılan Ermənistanın adı çəkilmir. Görünən odur ki, Qərbin özü də bu terror, cinayət maşasına qarşı ikili davranış sərgiləyir. 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO