Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Teymur Rəcəbovu "Airthings Masters" şahmat turnirində qələbə qazanması münasibətilə təbrik ediblər.
Bizim.Media xəbər verir ki, təbrikdə deyilir:
Əziz Teymur,
"Airthings Masters" şahmat turnirində qələbə qazanmağın münasibətilə səni səmimi qəlbdən təbrik edirik.
Sənin bu yarış zamanı peşəkarlıq, iradə və əzmkarlıq nümayiş etdirərək qazandığın inamlı qələbə Azərbaycan xalqını sevindirdi.
Sənin bu uğurun eyni zamanda xalqımızın yüksək intellektual potensialının bariz göstəricisidir.
Sənə ən xoş arzularımızı yetirir, gələcək uğurlar və yeni-yeni şahmat zirvələrini fəth etməyi diləyirik.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
23:50 / 03.01.2021
İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər
Hazırda oxunan: İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər
Hazırda oxunan: İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər
7300
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.