Bu qurum Səudiyyə Ərəbistanı ilə MEMORANDUM İMZALADI - FOTO

Bu qurum Səudiyyə Ərəbistanı ilə MEMORANDUM İMZALADI - FOTO

Hazırda oxunan: Bu qurum Səudiyyə Ərəbistanı ilə MEMORANDUM İMZALADI - FOTO

72965

Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Hussam Alanqarinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olub.

Hesablama Palatasından Bizim.Media-ya verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin, daha sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoyublar.

Daha sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədovla Səudiyyə Ərəbistanı Krallığının Baş Audit Məhkəməsinin Prezidenti Hussam Alanqarin arasında görüş olub.
Görüşdə qurumlar arasında birgə əməkdaşlıq və əlaqələrin gələcək perspektivləri məsələləri müzakirə edilib.

Görüş çərçivəsində Hesablama Palatası və Səudiyyə Ərəbistanı Krallığı Baş Audit Məhkəməsi arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi, həmçinin potensialın gücləndirilməsi istiqamətində fəaliyyətin daha məhsuldar təşkili məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO