“Gürcüstanla Azərbaycan strateji tərəfdaş dövlətlərdir. Ona görə də Tiflis Ermənistanla Bakı ilə birgə olan milli maraqlarımıza zidd hər hansı bir sənəd imzalaya bilməz”.
Bunu Bizim.Media-ya açıqlamasında Gürcüstandan olan politoloq Gia Xuxaşvili Ermənistanın müdafiə naziri Suren Papikyanın Tiflisə səfəri fonunda Gürcüstanla İrəvan arasında ikitərəfli təhlükəsizlik planının imzalanması səbəbləri və onun regiona nə vəd etdiyi barədə sualı cavablandırarkən deyib:
MÖVZU İLƏ BAĞLI:
“Qazaxıstandakı olaylar hazırda iri geosiyasi qarşıdurmaya çevrilib” – Gia Xuxaşvili
“Dəqiq desəm, bu barədə məlumatsızam. Ona görə də detallar barədə nəsə deyə bilmərəm. Amma bununla belə düşünmürəm ki, bu sistemli xarakter daşıyır.
Ola bilsin protokol əhəmiyyətli bir plandır. Ümid edirəm ki, bu belədir. Gürcüstanla Azərbaycan strateji tərəfdaş dövlətlər olduğundan Tiflisin Ermənistanla Bakı ilə birgə olan milli maraqlarımıza zidd hər hansı bir sənədin imzalayacağını düşünmürəm”.
Rüfət Sultan, Bizim.Media