Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq ikitərəfli sazişlə bağlı YENİ XƏBƏR 

Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq ikitərəfli sazişlə bağlı YENİ XƏBƏR 

Hazırda oxunan: Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanacaq ikitərəfli sazişlə bağlı YENİ XƏBƏR 

72731

3 may Media Azadlığı və 9 May Avropa günü ilə əlaqədar Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko media nümayəndələri ilə görüşüb. 

Bizim.Media-nın görüşdə iştirak edən əməkdaşı bildirib ki, səfir çıxışında ikitərəfli sazişin üzərində işin davam etdiyini diqqətə çatdırıb: 

“Avropa İttifaqının Azərbaycana iqtisadi və investisiya yatırımları artacaq. Avropa İttifaqının (Aİ) genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyin Azərbaycana səfəri zamanı açıqlayıb ki, Azərbaycana 2 milyard avro ayrılacaq”. 

Aİ nümayəndəsi media nümayəndələri üçün təşkil olunan təlimlərdən də bəhs edib:  

“Medianın peşəkar inkişafını dəstəkləyirik. Keçən il media savadlılığı mövzusunda təlimlərimiz olub və bu ilin noyabr ayında da bu tipli təlimlərimiz start götürəcək. Avropa ayımızda mediaya xüsusi müsahibələrimiz olacaq və ADA Universitetində Avropa Günü keçiriləcək”.  
Qeyd edək ki, bu il Avropa İttifaqında "Gənclər Günü" kimi qeyd olunur. 

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO