Tural Abbaslı Xameneinin CAVABINI VERDİ – “Molla rejiminin yeganə çıxış yolu budur”

Tural Abbaslı Xameneinin CAVABINI VERDİ – “Molla rejiminin yeganə çıxış yolu budur”

Hazırda oxunan: Tural Abbaslı Xameneinin CAVABINI VERDİ – “Molla rejiminin yeganə çıxış yolu budur”

72715

İranın Ali dini lideri Ayətullah Əli Xamenei özünün tvitter hesabından azərbaycan dilində paylaşım edərək, İsraillə əməkdaşlıq quran adını çəkmədiyi ölkəyə təhdid ünvanlayıb.

“Bəziləri Misirin 40 il qabakı sionist rejimlə əlaqə qurmaq səhvini təkrarlamaq istəyir. Bu həm onların özünə zərərdir, həm fələstinlilərə. Bunun sionist rejimə də faydası yoxdur”, - deyə Xamenei qeyd edib.

Təbii ki, tvitin yazıldığı dili və Azərbaycan Prezidenti İlham Əliyevin israilli həmkarı İsxak Hersoqa təbrik məktubu yazmasından sonra paylaşılmasını, eyni zamanda Azərbaycan-İsrail münasibətlərinin inkişafının hər zaman Tehran rejimində narahatlıq doğurduğunu nəzərə alsaq, Ayətullahın mesajının rəsmi Bakıya ünvanlandığı şübhə doğurmur.
 

MÖVZU İLƏ BAĞLI:

“İran bu cür bəyanatlarla təhlükəni maqnit kimi özünə çəkir” - ŞƏRH


Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Ağ Partiya başqanı Tural Abbaslının sözlərinə görə, İranın siyasi-ideoloji xətti sionizmə qarşı mübarizə aparmaq və fələstinlilərə dəstək verməkdir:

“Dolayısıyla İranın indiki siyasi rəhbərliyinin hakimiyyətdə qalmasının yeganə yolu budur. Bunun üçün dönəm-dönəm istər qonşulara, istərsə də digər dövlətlərə bununla bağlı təhdid və xəbərdarlıqlar edirlər. Bunlar daxili auditoriyaya hesablanmış çıxışlardır. Eyni zamanda Azərbaycan bir tvitlə təhdid olunacaq dövlət deyil. Nəzərə alsaq ki, İranda 40 milyona yaxın azərbaycanlı var, o zaman təhlükə Azərbaycandan daha çox, özlərinə ola bilər”.

Partiya sədri Ayətullahın bu tvitinin siyasi etiketə də uyğun gəlmədiyini sözlərinə əlavə edib:
 

“Mənim dostumla dost, düşmənimlə düşmən ol anlayışı siyasi etiketə də uyğun gəlmir. O zaman 30 il Azərbaycan torpaqlarını işğalda saxlayan, oradakı müsəlmanları qətl edən (eyni zamanda 4 min müsəlmanın aqibətindən də xəbər yoxdur) Ermənistanla dostluq-qardaşlıq qurmaq İran İslam Respublikasının adına uyğun davranış deyil.


Ona görə də heç bir ölkə digərlərinin işinə qarışmamalıdır. Mən nə İranı, nə də İsraili müdafiə etmirəm. Lakin Azərbaycanın maraqları haradadırsa, o mövqedən çıxış etməlidir. Buna görə nə İrana, nə İsrailə, nə də digər ölkələrə hesabat verməli deyilik”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO