"Zəfər parkında böyük xatirə kompleksi inşa ediləcək" – İlham Əliyev 

Hazırda oxunan: "Zəfər parkında böyük xatirə kompleksi inşa ediləcək" – İlham Əliyev 

72430

"Qələbə parkında hər bir şəhidin adı yazılıb. Zəfər muzeyi də yaradılacaq". 

Bizim.Media xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı söyləyib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək" - İlham Əliyev 


“Zəfər parkı Bakının ən möhtəşəm yerlərinin birində, bəlkə də birincisində - Dənizkənarı bulvarın önündədir. Orada böyük xatirə kompleksi inşa ediləcək. İşlərə yaxın zamanlarda start veriləcək. Hər şəhidin adı orada həkk olunacaq. Azad edilmiş bütün şəhərlərdə, hər bir şəhərdə Zəfər muzeyi, İşğal muzeyi yaradılacaq. Yəni, bütün şəhidlərimizin adı əbədi yaşayacaq. O sevinci onlar bizə bəxş etdilər”, - deyə Azərbaycan Prezidenti vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO