Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) mənsubu XTQ-nin yaradılmasının 23-cü ildönümü münasibətilə keçirilən tədbirdə çıxış edib.
Bizim.Media xəbər verir ki, o, Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə düşməni hər zaman məhv etməyə hazır olduqları barədə söz verib.
"Cənab Müzəffər Ali Baş Komandan, mən Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin görünməyən fədailəri olaraq, “bordo beretlilər” və “mavi beretlilər” adından söz verirəm ki, Azərbaycan dövlətinin və xalqının maraqları naminə düşmənlərimizi hər zaman, hər yerdə məhv etməyə daim hazır olacağıq. Xüsusi Təyinatlı Qüvvələr üçün dövlətimizin və xalqımızın qüruru müqəddəsdir. Vətən uğrunda qanımızdan və canımızdan keçməyə həmişə hazırıq".
Bizim.Media