“Biz Ermənistan və Azərbaycan arasında münasibətlərin münaqişədən sonra normallaşdırılmasında Avropa İttifaqının (Aİ) rolunu yüksək qiymətləndiririk”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Cənubi Qafqaz: inkişaf və əməkdaşlıq” beynəlxalq konfransının iştirakçıları ilə görüşündə bildirib.
“Bizim üçün Avropa İttifaqı çox vacib tərəfdaşdır. Əməkdaşlığımız üçün çox geniş gündəliyimiz var”, - Prezident deyib.
Dövlət başçısının sözlərinə görə, Aİ-nin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində iştirakından əlavə, bura ticarət üzrə əməkdaşlıq, enerji, nəqliyyat, demokratik inkişaf daxildir:
“Biz Aİ-ni dürüst broker hesab edirik və onların səylərini alqışlayırıq. Əgər Minsk qrupu hazırda fəaliyyət göstərmirsə, fikrimizcə, Aİ normallaşma prosesində rol oynaya bilər”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
17:38 / 29.04.2022
İlham Əliyevdən Minsk Qrupunu Avropa İttifaqının əvəzləməsi ilə bağlı TƏKLİF
Hazırda oxunan: İlham Əliyevdən Minsk Qrupunu Avropa İttifaqının əvəzləməsi ilə bağlı TƏKLİF
Hazırda oxunan: İlham Əliyevdən Minsk Qrupunu Avropa İttifaqının əvəzləməsi ilə bağlı TƏKLİF
72086
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.